SON XƏBƏRLƏR

İrandan Azərbaycanın milli saytlarına qarşı sərt təhdid

2021.10.20, 07:36
İrandan Azərbaycanın milli saytlarına qarşı sərt təhdid

Gunaz.tv

GünAzTv: İranın İnternet üzrə faliyyət göstərən “Ərteşe Sayberi” adlı məmurları Güney Azərbaycanın milli hüquqları uğrunda fəaliyyət göstərən saytları sərt təhdid edib.

 

"Ərteşe Sayberi" GünAzTv saytıda daxil olmaqLa Güney Azərbaycanın milli saytlarının böyük əksəriyyətini bir mənalı şəkildə hədələyib.

 

Təhdid mesaji belədir:

«Bismillаhir Rəhmanir-Rəhim»

İranın “Ərteşe Sayberi” tərəfindən ölkə xaricindəki Separatçı (bölücü = təcziye tələb) və anti-İran qüvvələrinə bir mesaj

 

Beynəlxalq qurğularla (toteə) yanaşı İranı bölmək uğrunda fəaliyyət göstərən Ölkə xaricindəki vətən satanlara xəbərdarlıq olsun:

 

İranın ərazi bütövlüyünü qorumaq uğrunda çaba göstərən  qüvvələr sizin bölücü və anti-İran fəaliyyətlərinizi izləyirlər. Onlar sizin anti-İran və bölücülük fəaliyyətinizin davam edəcəyi təqdirdə sizi heç zaman rahat buraxmayacaqlar.

 

Bölücü və anti-İran saytlarının müdir və fəal yazıçıları bilsinlər ki, əgər fəaliyyətləriniz davam edəcəksə İmam Zamanın (Ə . C) tanınmaz əsgərləri sizə yaxındırlar və sizi xoşagəlməz hadisələr gözləyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar