SON XƏBƏRLƏR

İranda qadınlara qarşı talibansayağı qadağa...

2021.10.20, 07:36
İranda qadınlara qarşı talibansayağı qadağa...

Gunaz.tv

GünAzTv: Tehran polisi qadınların kinoteatrlarda (sinəma) böyük ekranda canlı yayımlanan futbol yarışlarına baxmasına qadağa qoyub.

 

İranda qadınların futbol yarışlarını stadionda seyr etməsi qadağandır. Məhz bu qadağanı nəzərə alaraq son vaxtlar bəzi kinoteatrlar mühüm yarışları canlı şəkildə böyük ekrana çıxarmağa başlayıb. Bu isə xanımların da futbol yarışlarını öz ailə üzvləri və başqa azarkeşlərlə birlikdə izləməsinə şərait yaradıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Tehran polisi bəyan edib ki, bundan sonra xanımların futbol yarışlarına baxmaq üçün kinoteatrlara getməsi qadağandır və bu yarışlara ancaq kişilər baxa bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar