SON XƏBƏRLƏR

Rəsmi Bakı Avropa Komissiyasından izahat tələb edib

2021.10.20, 07:36
Rəsmi Bakı Avropa Komissiyasından izahat tələb edib

Gunaz.tv

GünAzTv: Səbəb qurumun internet saytında Joze Manuel Barrozunun Azərbaycanla bağlı fikirlərinin təhrifidir.

Azərbaycanın Avropa İttifaqındakı nümayəndəsi Avropa Komissiyasının rəsmiləri ilə görüşüb. Məlum olduğu kimi Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycanla bağlı fikirləri Avropa Komissiyasının rəsmi internet saytında təhrif olunub. Belə ki, Barrozunun çıxışının Azərbaycanın ərazi bütövlüyünə aid hissəsi çıxarılaraq digər fikirlərlə əvəz edilib. GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəsi Emin Eyyubov bildirib ki, artıq məsələ ilə bağlı komissiyanın rəsmiləri ilə görüşüb və izahat tələb olunub. “Ötən gün komissiyanın siyasi direktoru ilə görüşmüşəm və Barrozunun mətbuat katibinə məktub yazmışam. Məsələ ilə bağlı izahat tələb etmişəm. Avropa Komissiyasının prezidenti Beynləxalq nüfuzlu təşkilatın, Beynəlxalq qurumun rəhbəridir. O, Azərbaycana gəlir və bu sözləri bəyan edirsə, biz ona inanırıq. Lakin gedəndən sonra həmin sözlərdən imtina etməyə və yaxud onlardan qaçmağa, utanmağa nəyin səbəb olması bizim üçün bu qeyri-müəyyəndir. Biz bunun səbəbini anlaya bilmirik. Məhz buna görə izahat tələb edirik. İndi onlardan cavab gözləyirəm”-, deyə Azərbaycanın Avropa İttifaqındakı nümayəndəsi Emin Eyyubov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar