SON XƏBƏRLƏR

Azərbaycanlı vəkilin fəaliyyəti dayandırılır

2021.10.20, 07:36
Azərbaycanlı vəkilin fəaliyyəti dayandırılır

Gunaz.tv

GünAzTv: İranda 60-dan çox azərbaycanlı siyasi məhbusun hüququnu müdafiə edən vəkil Nağı Mahmudinin vəkillik lisenziyası (mücəvviz) uzadılmayıb.

Vəkilin lisenziyadan məhrum edilməsinə səbəb onun siyasi məhbuslara vəkillik etməsi olub. Bu barədə Azadlıq Radiosu Güney mənbələrinə istinadən xəbər yayıb.“Nağı Mahmudi bununla bağlı Tehranda yerləşən Ali Ədalət Divanına müraciət edib, amma ordan heç bir cavab almayıb. Yerli məhkəmələrdə də deyiblər ki, ona lisenziya verilməməsinə səbəb milli fəalların hüquqlarını müdafiə etməsidir”.

Təhlükəsizlik əməkdaşları Nağı Mahmudiyə xəbərdarlıq ediblər ki bu barədə mətbuata məlumat versə, onu həbs edəcəklər.

Xatırladaq ki, bir müddət əvvəl azərbaycanlı siyasi məhbusların hüquqlarını müdafiə edən vəkil Saleh Kamraninin də vəkillik lisenziyası ləğv olunmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar