SON XƏBƏRLƏR

Amerika Ankara və Bakıya Ermənilərin arzulamadığı səfirlər göndərir

2021.10.20, 07:36
Amerika Ankara və Bakıya Ermənilərin arzulamadığı səfirlər göndərir

Gunaz.tv

GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Türkiyədəki yeni səfiri Frank Rikiardone bu gün Ankaraya gəlir. Türkiyəni yaxından tanıyan yeni səfir türkcəni də yaxşı bilir. Bu barədə Lent.az  “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən xəbər yayıb.Daha öncə “İncirlikdəki hərbi bazasında siyasi müşavir olmuş Frank Rikiardone Türkiyədə səfir müavini və müvəqqəti işlər vəkili də olub. Xatırladaq ki, ABŞ prezidenti Barak Obama dekabrın 30-da xüsusi səlahiyyətlərindən istifadə edərək Frank Rikiardoneni Türkiyəyə, Metyu Brayzanı isə Azərbaycana səfir təyin edib. Təyinatların təsdiqlənməsinə yarım ildən çox müddətdə Konqresdə ermənilərin maraqlarını müdafiə edən konqresmenlər əngəl olublar. Hər iki diplomat Senat təsdiqləmədiyi üçün vəzifələrinin icrasına başlaya bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar