SON XƏBƏRLƏR

Quzey Qıbrıs Türk Cümhuriyyətindən Ermənistan prezidentinə tutarlı cavab

2021.10.20, 07:36
Quzey Qıbrıs Türk Cümhuriyyətindən Ermənistan prezidentinə tutarlı cavab

Gunaz.tv

GünAzTv: Ermənistan prezidentinin Yunanıstana səfəri çərçivəsində parlamentdə səsləndirdiyi bəyanatlar Quzey Qıbrıs Türk  Cümhuriyyətinin sərt reaksiyasına səbəb olub.

 

Türkiyə mətbuatı Quzey Qıbrısın xarici işlər naziri Hüseyn Özgürgün bununla bağlı yazılı açıqlamasını yayıb. Sarkisyanın Quzey QıbrısınTürkiyə tərəfindən işğal edilməsi ifadəsinə etiraz edən nazir bunu Ermənistan prezidentinin məlumatsızlığı kimi qiymətləndirib.

 

«Çox paradoksaldır ki, tarixi və hüquqi reallıqlara uyğun gəlməyən belə bir şərh Dağlıq Qarabağı heç bir beynəlxalq razılaşmaya söykənmədən və beynəlxalq hüququ pozaraq illərdir işğalda saxlayan Ermənistan prezidentinin dilindən səslənir». Hüseyn Özgür belə deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar