SON XƏBƏRLƏR

Azərbaycan Ermənistana futbol dərsi keçdi - 4:0

2021.10.20, 07:36
Azərbaycan Ermənistana futbol dərsi keçdi - 4:0

Gunaz.tv

GünAzTv: Rusiyanın Sank-Peterburq şəhərində keçirilən “Birlik Kuboku” turnirinin ¼ final mərhələsinə start verilib.

İlk olaraq Azərbaycan çempionu “İnter” və Ermənistan təmsilçisi “Mika” yarımfinala vəsiqə uğrunda mübarizəya başlayıblar.

Oyunun 30-cu dəqiqəsində Azərbaycan çempionu "İnter"in künc zərbəsindən sonra hesab açılıb. Peta Zlatinovun yerinə yetirdiyi künc zərbəsindən sonra Volodomir Levin baş zərbəsi ilə hesab komandamızın xeyrinə dəyişilib.Oyunda artıq ikinci qol vurulub. Təmsilçimiz "İnter"in üzvü Git Karlsons oyunun 35-ci dəqiqəsində hesabı komandamınızın xeyrinə dəyişib: 2-0Sankt-Peterburq şəhərində ”İnter” – “Mika” oyunun keçirildiyi İdman Kompleksinə “İnter”lə yanaşı “Xəzər Lənkəran” və ”Neftçi” kimi Azərbaycan klublarının azarkeşləri də təşrif buyurublar. Stadionda ümumilikdə 1000-ə yaxın həmyerlimiz “İnter”ə dəstək olur.Xatırladaq ki,”İnter” qrup mərhələsində keçirdiyi 3 qarşılaşmada 3 qələbə qazanıb. Çempionumuz bu oyunlarda rəqib qapılarına 7 qol vurub, öz qapısında isə qol görməyib.2-cı hissəsində Azərbaycan komandası daha bir qola imza atıb. Qolu 50-ci dəqiqədə Dmitri Kruqlov vurub. 3-0Növbəti qolu 60-ci dəqiqədə Git Karlsons rəqib qapısından keçirib. 4-0

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar