SON XƏBƏRLƏR

Urmu gölü sürətlə quruyur

2021.10.20, 07:36
Urmu gölü sürətlə quruyur

Gunaz.tv

GünAzTv: Günet Azərbaycandakı qədim Urmu gölü sürətlə quruyur. Bu barədə həyəcan təbilini artıq bir müddətdir ki, ətraf mühit fəalları çalırlar.

Dünyanın nadir ekosistemlərindən sayılan Urmu gölü qorunmasını UNESCO İran hökumətinə tapşırıb.

Lakin illərdən bəridir ki, gölü qidalandıran çayların qarşısının bəndlərlə kəsilməsi bəzi məlumatlara görə onun maksimal dərinliyini 16 metrdən 4 metrə çatdırıb.

Bu, digər tərəfdən Urmu gölünün həddən-ziyadə duzlaşması ilə müşayiət olunur. Hazırda Urmu dünyanın ən duzlu göllərindən biri sayılır və buna görə də balıqların kökü demək olar ki, kəsilib.

Bu isə öz növbəsində köçəri quşların o cümlədən çəhrayı flaminqoların bu yerlərə gəlməsinin qarşısını ala bilər. Gölün yeganə canlı sakinləri xırda dəniz xərçəngləridir. Yaxın Şərqin ən böyük gölü olan Urmu, ölçüsünə görə dünyanın iyirminci gölüdür.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Urmu 1930-cu illərdə İran şahının şərəfinə Rezaye adlanırdı, lakin gölün siyasiləşməsi bundan daha əvvəllər başlanıb.

Onun adına ilk dəfə olaraq eramızdan əvvəl 9-ca əsrdə Akkad krallarının salnamələrində rast gəlinir.

Azərbaycanı işğal etmiş monqol xanı Xulaqunun da məzarı gölün onlarca adasından birindədir.

Hazırda isə Urmu Güney Azərbaycanın Babək dağı kimi, bu göl də ənənəvi etnik etirazlar məkanıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar