SON XƏBƏRLƏR

Rusiyalı alimlər iranlı həmkarlarına xəbərdarlıq ediblər: “İranda Çernobil faciəsi yaşana bilər”

2021.10.20, 07:36
Rusiyalı alimlər iranlı həmkarlarına xəbərdarlıq ediblər: “İranda Çernobil faciəsi yaşana bilər”

Gunaz.tv

GünAzTv: Bu yay elektrik enerjisi hasil edəcəyi gözlənilən İrandakı Buşəhr atom elektrik stansiyasına texniki dəstək təmin edən rusiyalı elm adamları ikinci bir Çernobil hadisəsinin yaşana biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə Türkiyə mediasında xəbər yayılıb.

 

Qərbli kəşfiyyat qaynaqlarına görə, alimlər reaktordakı kompüter sisteminin keçən il ortaya çıxan və Amerika-İsrail kiber hücumunun nəticəsi olduğu sanılan "Stuxnet" virusu səbəbiyə ağır dərəcədə zərər görmüş olmasından narahatdırlar.

 

Onlar "yeni bir Çernobil qəzası yaşana bilər" deyə xəbərdar edərkən iranlı səlahiyyətlilər Buşəhr AES-in fəaliyyətə başlamasının təxirə salınmayacağını söyləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar