SON XƏBƏRLƏR

Türkiyə ilə İsrail arasında yeni diplomatik qalmaqal yaranıb

2021.10.20, 07:36
Türkiyə ilə İsrail arasında yeni diplomatik qalmaqal yaranıb

Gunaz.tv

GünAzTv: Avropa Diplomatiya Akademiyasının Brüsseldə təşkil etdiyi konfransda hər iki ölkənin səfirlərinin iştirakı nəzərdə tutulsa da, İsrail səfiri Tamar Samaş, heç bir səbəb göstərmədən, tədbirə gəlməyib. Türk tərəfi bunu diplomatik nəzakətsizlik kimi qiymətləndirib.

İsrail əsgərlərinin ötən ilin may ayında Qəzzaya humanitar yardım aparmaq istəyən "Mavi Mərmərə" gəmisinə hücum etməsi nəticəsində son dərəcə gərginləşən Ankara-Tel-Əviv münasibətlərində yeni bir diplomatik qalmaqal yaşanıb.

Türk mətbuatı xəbər verir ki, Avropa Diplomatiya Akademiyasının "Yaxın Şərqdə geosiyasi mənzərənin yenidən formalaşdırılması" mövzusunda Brüsseldə təşkil etdiyi beynəlxalq konfransa Türkiyə və İsrailin Avropa Birliyi nəzdindəki səfirləri dəvət edilsələr də, İsrail səfiri Tamar Samaş heç bir səbəb bildirmədən, tədbirə gəlməyib.

Bunun əvəzində konfransda İsrail dövləti adından Efim İmbar adlı müəllifin ötən il çap edilən məqaləsi oxunub."Türkiyə, Avropaya, Qərbə və İsrailə əlvida deyir" sərlövhəli məqalədə Türkiyə və Baş nazir Rəcəb Tayyib Ərdoğanın yahudi düşməni olduğu, növbəti seçkilərdə Türkiyənin daha demokrat bir hökümət seçməsinin zərurəti iddia edilir.

Məqalə müəllifinin fikrincə, Türkiyə-İsrail münasibətləri yalnız Türkiyədə baş verə biləcək hökümət dəyişikliyi ilə düzələ bilər. Səfir Tamar Samaşın konfransa gəlməməsini pisləyən Türkiyənin Avropa Birliyi nəzdindəki səfiri Səlim Kuneralp, İsrailin bu hərəkətinin diplomatik nəzakətə zidd olduğunu qeyd edib.

Müşahidəçilər bildirirlər ki, Türkiyə və İsrail səfirlərinin eyni konfransa dəvət edilməsi ilə iki ölkə arasındakı münasibətlərdə buzların əridilməsi üçün ilk addımın atılması məqsədi güdülürdü. Lakin, bu səylərin uğursuz olması Ankara ilə Tel-Əviv arasındakı münasibətlərin asanlıqla düzəlməyəcəyini bir daha təsdiq edir.

Türkiyə mətbuatı İsraildə müdafiə naziri Ehud Barakın istefasını şərh edərkən, "Kabinədəki yeganə Türk dostu hökümətdən ayrıldı" və buna bənzər səllövhələrdən istifadə edir. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar