SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad: Bir gün olacaq ki, 7 milyard insan farsca biləcək

2021.10.20, 07:36
Mahmud Əhmədinejad: Bir gün olacaq ki, 7 milyard insan farsca biləcək

Gunaz.tv

GünAzTv: İkinci gün İran prezidenti Mahmud Əhmədinejad “Cümhuriyye İslami” xəbər agetntliyinin nümayəndələri qarşısında çıxış edib.

 

İran prezidenti xəbərin insan həyatında əhəmiyyətindən danışıb. O bəyan edib ki bizdə (İransda) xəbər ancaq haqq və ədalət zəmininə oturur və əhəmiyyət kəsb edir. halbuki bizim düşmənlərimizdə heçdə belə deyil.

 

Mahmud Əhmədinejad öz çıxışında bildirib ki, İran düşüncə sistemi və mədəniyyəti dünya ictmaiyyəti üçün öncül düşüncə və mədəniyyət rolunu oynamaqdadır. Artıq İran aktiv, İran düşmənləri isə passiv rolunu tutmaqdadırlar.

 

Prezident Əhmədinejad fars dilinin dünya üzrə əhəmiyyətinədə toxunub. O vurqulayıb: “Elə bir gün gələcək ki, dünyadakı 7 milyard insan fars dilini biləcək”

 

Xatırlatmalıyıq ki, çatdırılan xəbərlərin ancaq haqqa söykənməsini vacib hesab edən Əhmədinejad o halda bu sözü deyir ki, Güney Azərbaycanın haqq səsini öz vəsaiti hesabına dünyaya çatdırmağa çalışan azərbaycanlıları zindalarda çürüdməkdədir.

Həmçinin Dağlıq Qarabağ və orda məzlumcasına şəhid düşən azərbaycanlıların dünyaya səsini duyurmaq üçün nəzərdə tutulan etiraz aksiyalarına qəti qadağa qoyulub. Halbuki cənab Əhməfinejadın sözdə prinsipinə görə, nəinki buna icazə verilməlidir hətta bunu özləri təşkil edib və önündə getməlidirlər. Yəqin ki biz türk olduğumuz üçün üzərimizdə o haqq deyilən prinsip tətbiq edilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar