SON XƏBƏRLƏR

Milli-mədəni fəallar Təbriz zindanının ümumi bölməsinə (bənd) köçürülüblər

2021.10.20, 07:36
Milli-mədəni fəallar Təbriz zindanının ümumi bölməsinə (bənd) köçürülüblər

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, azərbaycanlı fəallar cənab Ayət Mehrəlibəyli (Yürüş) və Lətif Həsəni Təbriz zindanının ümumi bölməsinə köçürülüblər.

 

İki gün öncə yeni bölməyə köçürülən fəallar 2010-cu il dekabr ayının 14-də (1389-cu il Azər ayının 23-u) Təbriz zindanının özəl bölməsinə köçürülüb və 2011-ci il yanvar ayının 1-dən (dey ayının 11-i) bəri Aclıq Aksiyasına başlamışdılar.

 

Xatırladaq ki, Cənab Mehrəlibəyli 2010-cu il may ayının 10-da (ordibeheştin 20-i), Lətif Həsəni isə 2010-cu il may ayının 24-də (xordad ayının 3-ü) yaxalanıb və Təbriz zindanına gətiriliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar