SON XƏBƏRLƏR

DAKın keçmiş sədri Cavad bəy Derəxti DAK-ların birləşməsindən danışıb

2021.10.20, 07:36
DAKın keçmiş sədri Cavad bəy Derəxti DAK-ların birləşməsindən danışıb

Gunaz.tv

GünAzTv: "ParÇalanmış təşkilatın hər iki qanadında birliyə inanan çoxsaylı insan var. Bu insanlardan biri hazırda qurumun qanadlardan birinin həmsədri olan Əhməd Obalıdır.

GünAzTv mətbuat mərkəzinin “Həftə İçi”-nə istinadən yaydığı məlumata görə, Bu fikirlər Eldar Qaradağlnın "2 DAK-ın 6 başqanına açıq məktub"una cavab olaraq Dünya Azərbaycanlıları Konqresinin ilk sədri Cavad Derəxtinin yazısında yer alıb.

C.Derəxti həmçinin bildirir ki, Ə.Obalı öz namizədliyini DAK-ın idarə heyətinə vermək istəməyib: "Əhməd Obalı DAK-ın birləşməsinin tərəfdarı olduğunu və zamanında Sair Rüstəmxanlı ilə bu barədə sazişə imza atdıqlarını London qurultayında diqqətə çatdırıb. Təəssüf ki, həmin anlaşma birliyə gətirib çıxarmadı. Hər iki DAK mənə doğmadır. Bu DAK-ların içində illərlə bərabər çalışdıgımız dostlarımız var. Ona görə də mən hər iki DAK-ın son qurultayında qonaq kimi iştirak etmək istəyirdim. İşlərim gərgin olduğundan 21 Azər mərasimini də nəzərə alaraq təkcə London qurultayında seçkilərdən öncə qonaq kimi iştirak edib və öz çıxışımda DAK-ların birləşməsinin vacibliyini anlatdım. Digər qanadın Bonn qurultayına telefon vasitəsilə qoşulub onları da təbrik etdim. Hər iki - Bonn ve London qurultay iştirakçılarının bütövlük adına kəsilməyən alqış səsləri mənə və mənim kimi düşünənlərə bu icazəni verdi ki, Milli Birlik naminə bir komitə yaradım. Bundan sonra hər iki DAK-la danışıqlar apararaq ən gec may ayına kimi əsl Milli Birliyi DAK adı altında bərpa edək. Əlbəttə, bu müqqəddəs işə maneçilik törədənlər olsa da, millətin gücünün qarşısında səssiz qalacaqlarına inanıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar