SON XƏBƏRLƏR

ETTELAATın təzyiqi altında azərbaycanlı fəal işini itirib

2021.10.20, 07:36
ETTELAATın təzyiqi altında azərbaycanlı fəal işini itirib

Gunaz.tv

GünAzTv: Ümumiyyətlə İranda və xüsusi ilə Güney Azərbaycanda işsizliyin geniş vüsət aldığı bir dönəmdə azərbaycanlı fəalların işlə təmin olunması olduqca çətinləşib.

 

 

 

Milli-mədəni fəallara hansısa işə qəbul olunmaq üçün müxtəlif bəhanələrlə səlahiyyət verməyən İran rejimi özəl iş yerlərində fəaliyyət göstərənləridə rahat buraxmır.

 

Azərbaycanlı fəal, insan haqları fəalı cənab Daryuş Əndəlibiyanın işini itirməsi iddiamızın sübütüdür. Belə ki, adını çəkdiyimiz azərbaycanlı fəal məşqul olduğu “Simin seyr” adlı özəl firmada ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və Polis orqanının Təhlükəsizlik Bölməsinin (İdareye Əmakin) əməkdaşlarının təzyiqi nəticəsində işdən çıxarılıb.

 

Bu barədə şirkətin müdiri cənab Höccət Əlizadə bildirib.  ETTELAATın təzyiqindən boğaza yığılan işadamı axır ki dilə gəlib. O Daryuş Əndəlibiyanın işdən çıxarılmasının səbəbini, Qoşaçay şəhərinin ETTELAAT və Əmakin idarəsi məmularının etdiyi təzyiqlərlə  əlaqələndirib. Mənurlar şirkət müdirinə bildiriblər ki, Əndəlibiyyanla əməkdaşlıq edəcəkləri təqdirdə sözü gedən şirkət qapadılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar