SON XƏBƏRLƏR

Daşqalağa məhkum edilmiş Xanım Aştiyaninin hökmü yüngülləşdirilib

2021.10.20, 07:36
Daşqalağa məhkum edilmiş Xanım Aştiyaninin hökmü yüngülləşdirilib

Gunaz.tv

GünAzTv: Xanım Səkinə Məhəmmədi Aştiyani, barəsində çıxarılmış Daşqalaq hökmündən qurtulub. Onun barəsində çıxarılan ölüm hökmü 10 illik həbs cəzası ilə əvəz edilib.

 

GünAzTv mətbuat mərkəzinin İran tələbə xəbər agentliyinə istinadən yaydığı məlumata görə, İran Parlamentinin İnsan Hüquqları Komitəsinin sədri, məktubla Brazilya prezidentinə xanım aştiyaninin ölüm hökmünün ləğv edilməsi ilə bağlı məlumat verib.

 

Həyat yoldaşının ailəsi xanım Aştiyanini əfv etdiyinə görə onun barəsində çıxarılan ölüm hökmünün 10 il həbs cəzası ilə əvəz edildiyi bildirilir.

 

Xatırladaq ki, Səkinə Aştiyani ərinə xəyanət və onun qətlində iştirak ittihamı ilə bir neçə il əvvəl daşqalaqla ölümə məhkum edilib. Amma xanım Aştiyani, uşaqları və vəkilləri onun günahsız olduğunu deyərək dəfələrlə dünyaya yardım üçün müraciət ediblər. Müttəhim uzun müddətdir Dünya gündəmindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar