SON XƏBƏRLƏR

İşğalçı ölkənin başçısı Türkiyəni işğalçılıqda ittiham etdi

2021.10.20, 07:36
İşğalçı ölkənin başçısı Türkiyəni işğalçılıqda ittiham etdi

Gunaz.tv

GünAzTv: Cənubi Kiprdə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan parlamentin xüsusi iclasında çıxış edib.

O, çıxışında Ermənistan-Türkiyə münasibətlərinin normallaşmamasına görə, yenidən Türkiyəni ittiham edib. S.Sarkisyan bildirib ki, Türkiyənin ziddiyyətli mövqeyi və əsassız şərtlərlə çıxış etməsi çox qısa bir müddət ərzində münasibətlərin normallaşmasına olan cəhdləri müvəffəqiyyətsizliyə uğradıb. Bu barədə SİA “Cihan” xəbər agentliyinə istinadən xəbər yayıb.

 

Azərbaycan torpaqlarının 20 faizini işğal edən ölkə başçısı Türkiyəni işğalçılıqda günahlandırıb: “Ermənistan Kiprdə hər hansı bir bölünmə cəhdini heç bir zaman qəbul etməyib və belə bir şeyi qəbul etməyimiz müzakirə mövzusu olmayıb. Biz heç bir zaman dost ölkənin şimal hissəsinin bölünməsinə göz yummadıq və bundan sonra da göz yummayacağıq. Sizinlə birlikdə Mağusanın və digər ərazilərin Türkiyə tərəfindən işğal edildiyini xatırlatmaq istəyirəm”.

 

Türkiyənin Avropa Birliyinə üzv olma cəhdlərinə toxunan S.Sarkisyan bunun Ermənistan-Türkiyə münasibətləri ilə bağlı olduğunu qeyd edib: “Bizimlə barışmazsanız, Avropa Birliyinə üzv ola bilməzsiniz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar