SON XƏBƏRLƏR

Milli-mədəni fəallar Qoşaçayın ETTELAATına çağırılıblar

2021.10.20, 07:36
Milli-mədəni fəallar Qoşaçayın ETTELAATına çağırılıblar

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəallar Daryuş Əndəlibiyan, Səccad Əzizi, Babək Aksun, Səttar Bərazeş və Yusif Sudbər cənabları Mahabad (Soyuq Bulaq) İnqilab məhkəməsinin hökmünü elan etmək bəhanəsi ilə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə şağırılıblar.

Öncəki məhkəmə hökmündə 1500 dollarlıq (1500000 temən) cəriməyə məhkum edilən fəallar, hökmə etiraz etsələrdə nəticə almayıblar və Apelyasiya Məhkəməsi (Dadqahe Təcdide Nəzər) məhkəmənin qərarını olduğu kimi təsdiq edib. Ancaq Qoşaçay şəhərinin ETTELAAT əməkdaşları şifahi olaraq bu məbləği 150 dolar (150000 tümən) elan ediblər.

 

Qeyd edək ki, Qoşaçayın ETTELAAT məmurları hökmün elan  edilməsini,  milli-mədəni fəalların çağırılmasına səbəb kimi göstəriblər. Yalnız onlar bu barədə heç bir sənəd verməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar