SON XƏBƏRLƏR

Güney Təşkilatı Urmuda baş verən uçaq qəzası ile bağlı Millətlərarası Sivil Havaçılık Təşkilatına məktub göndərib

2021.10.20, 07:36
Güney Təşkilatı Urmuda baş verən uçaq qəzası ile bağlı Millətlərarası Sivil Havaçılık Təşkilatına məktub göndərib

Gunaz.tv

GünAzTv: Güney Azərbaycan İnsan Haqlarını Müdafiə Monitorinqi Urmuda baş verən uçaq qəzası ile bağlı Millətlərarası Sivil Havaçılık Təşkilatına bir məktub ünvanlayıb.

Məktubda deyilir:

 International Civil Aviation Organization (ICAO)

999 University Street

 Montréal,

Quebec

H3C 5H7

Canada

 

12 January 2011

 

Hörmətli xanim/cənab,

 

Biz Sizin nəzərinizi o fakta cəlb etmək istəyirik ki, İran aviasiya məsullarının səhlənkarlığı və bacarıqsızlığı ucbatından yenə də bir çox insan həyatını itirmişdir. Tehrandan Urmuya  277 nömrəli uçuşu gerçəkləşdirən İran Airə aid Boing 727 uçağı Urmu gölü ətrafında düşərək 77 nəfər həyatını itirmiş, 33 nəfər isə yaralanmışdır.

 

Nəzərinizə çatdiririq ki, Avropa Birliyi yuxarıda qeyd etdiyimiz bu uçağın qəzaya uğramaq ehtimalının yüksək olması səbəbi ilə birlik ölkələrinin hava limanlarına enişini yasaqlamışdı. Ancaq İran aviasiya məsulları bu uçağı daxili uçuşlara və ehtimalən Avropa Birliyi xaricindəki ölkələrə gerçəkləşdirilən uçuşlara yönləndirmişdi. Əldə etdiyimiz məlumata görə, uçaq son uçuşunda texniki səbəblərdən dolayı 2 saat gec uçmuşdu.

 

Bu və bu kimi qəzaların qurbanlarının ailələrinə heç bir zaman lazımi səviyyədə kompensasiya verilmir, hətta onlara hadisənin nədəni belə rəsmi şəkildə bildirilmir. Elə bir müstəqil qurum da yoxdur ki, onlar haqlarını arayıb və məsuliyyətsizlikləri şikayət edə bilsinlər. Şikayət etdiklərində isə əmniyyətləri ciddi bir şəkildə təhlükə ilə qarşı-qarşıya qalır.

 

Sivil uçuşların sayısını əsas götürdükdə İran Air ən yüksək uçaq qəzası yüzdəsinə malik sivil havaçılıq qurumu kimi nəzərə çarpır. Bu isə, bu qurumun nə dərəcədə məsuliyyətsizcə idarə olunduğunun açıq göstərgəsidir. Məhz buna görə də, İran Air və İrana aid başqa sivil hava daşımaçılıq şirkətlərinin beynəlxalq uçuşlarına uçaqlar tam yoxlanılana qədər qadağa qoyulmalıdır.

 

Güney Azərbaycan İnsan Haqlarını Müdafiə monitorinqinin Sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar