SON XƏBƏRLƏR

Rafiq Həririnin qətlini ayətullah Xamneyi sifariş edib?

2021.10.20, 07:36
Rafiq Həririnin qətlini ayətullah Xamneyi sifariş edib?

Gunaz.tv

GünAzTv: BMT-nin (Sazemane Meləl) özəl komissiyası Livanın keçmiş baş naziri Rafiq Həririnin qətli ilə bağlı ittihamı açıqlayıb. 

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, ittiham prokuror Daniel Belmar tərəfindən irəli sürüb. İtthama əsasən keçmiş baş naziri «Hizbulla» qurupunun üzvləri planlaşdıraraq, həyata keçirib. «AFR»-in məlumatına görə, İranın ali rəhbəri ayətulla Xamneyi isə 2005-ci ilin fevralında qətli «sifariş» verib. «Sifariş»çi olduğuna görə, ona qarşı da ittiham irəli sürülüb.

Bir müddət öncə R.Həririnin qətlini «Hizbulla»nın əməliyyat bölməsinin rəisi İmad Muqniya və qrupun iranlı komandiri Qasım Süleymaninin planlaşdırdığı bildirilirdi.

Hesabata əsasən, baş nazirə hücumu Muqniyanın əmisi oğlu Mustafa Bədrəddin başçılıq etdiyi döyüşçü qrup həyat keçirib.

«İranın qənaətincə, Həriri Səudiyyə Ərəbistanının casus idi. Bu səbədən də onun ölmü Livandakı «Hizbulla»ya sərf edərdi»-deyə, «Newsmax» bildirib.

Mənbənin bildirdiyinə görə, hesabatda ayətulla Xamneyinin İnqilab Keşikçiləri Qvardiyasının komandanlığına əmr verdiyi haqda dəlillər var.

Xatırladaq ki, İmad Muqniya R.Həririnin qətlindən bir müddət sonra müəmmalı şəkildə öldürüldü. Onun da qətili haqda çeşidli variantlar söylənilməkdədir. Elə R.Həririnin ölmündə İran hakimiyyəti və «hizbulla» ilə yanaşı, Suriyanın prezidenti Bəşşar Əsəd, eləcə də  onun əmisi oğlu, Suriya kəşfiyyat idarəsinin o vaxtkı başçısı Asəf Şövkətin də əsas rol oynadığı haqda versiya irəli sürülür. Sədrəddin Sotan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar