Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: İranın Qum şəhərində yaşayan şiə alimi, ayətullah Cəfər Sübhani bu günlərdə Azərbaycan dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətində o, Azərbaycanın orta məktəblərində qoyulan hicab qadağasına toxunaraq, onu ləğv etməyə çağırıb. İddia edib ki, məktəbə hicabla girişin qadağası ilahi hökm və insan haqları ilə ziddiyyət təşkil edir. Öz düşüncəsinə haqq qazandırmaq üçün C.Sübhani hətta, yeri gəldi-gəlmədi, təhsil və təlim-tərbiyə barəsində beynəlxalq hüquqi bildirişin 26 maddəsinin 2-ci bəndini əsas gətirib: "Təlim-tərbiyə güzəştlə anlaşmaq, müxalif etiqadlara hörmətlə yanaşmaq, bütün xalqlar, etnik və məzhəb cəmiyyətləri arasında dostluq yaratmaqdan ibarətdir. Azərbaycanın da imzaladığı belə bir prinsipi nəzərə aldıqda, görəsən iffəti qorumaq və Allahın qanununa riayət etməyə görə cəmiyyətin yarısının təhsildən məhrum olması, ilahi qanunu görməzliyə vurması və vicdan həbsinin təzyiqinə məruz qalması düzgündürmü? Müraciət müəllifinin iddiasına görə, hicab qadınlar üçün ilahi vacib əməldir: "Bu dəyərli gövhər onları həvəsbazların fitnəsindən qoruyur. Sizin ölkədəki problemlər öz qızlarının namusunun qorunmasına görə bir qrup inanclının həbsinə deyil, vəhdət və milli birlik sayəsində həll olunur". Bu açıqlamadan aydın sezilir ki, ölkəmiz əleyhinə yönələn belə fikirlərin heç bir əsası yoxdur. Azərbaycan unitar, demokratik bir dövlətdir. Burada Konstitusiyada nəzərdə tutulan vicdan azadlığına da ən geniş mənada riayət olunur. Bizdə dövlət dindən ayrıdır. Təhsil müəssisəsi isə dövlətin sərəncamı altındadır. Ona görə də burada hər hansı bir qanun və ya qərar vermək onun müstəsna səlahiyyəti çərçivəsindədir. Təhsil sistemi də dünyəvi xarakter daşıyır. Bu mənada da ora hicabla gəlməyin qadağan edilməsi normal bir haldır. Bu heç də insanların dini inancı ilə oynamaq deyil. Əksinə, Azərbaycanda hər bir dini inanca hörmətlə yanaşılır. Bunun nəticəsidir ki, ölkəmizdə istənilən dindən olan insanlar mehriban şəraitdə yaşayır. Dərinə getdikdə görərik ki, İranın özündə dini tolerantlıqdan əsər-əlamət yoxdur. Burada digər dinlərə və millətlərə mənsub insanlar tez-tez müxtəlif səpkili təzyiqlərlə üzləşir. Azərbaycan məktəblərində isə, milli-dini fərqlilikdən asılı olmayaraq, əsl mehribançılıq, tolerantlıq hökm sürür. Burada hamı bir-birinə dözümlüdür. Maraqlıdır, qadının namusunu qorumaq yalnız hicab taxmaqla ölçülürmü? Onda belə çıxır ki, hicab taxmayan dünya qadınlarının əksəriyyəti namussuzdur? Məgər İranın özündə, hicab taxmalarına baxmayaraq, əxlaqsız hərəkətlərlə məşğul olan zərif cins nümayəndələri azdırmı? Bütün bunlar onu göstərir ki, İranlı şiə aliminin müraciətdə səsləndirdiyi fikirlər tam əsassızdır və heç bir hüquqa, insan azadlığına, habelə mənəvi-əxlaqi dəyərlərə sığmır. Bu, sadəcə olaraq, Azərbaycanda bəzi radikal dini qrupların öz mövqelərini itirə biləcəyi qorxusundan irəli gələn bir təşvişdir ki, onlar belə hay-küy qaldırır. Millət vəkili Fərəc Quliyev hesab edir ki, bu hal əslində İranın ölkəmizə qarşı olan düşmənçilik fəaliyyətinin növbəti təzahürüdür: "Bir başqa ölkə nümayəndəsinin canfəşanlıqla bizim daxili işlərimizə qarışmağı düzgün qəbul etmirəm. Müracət ünvanlayan əslən azərbaycanlı adam belə qeyrətli-namusludursa, İrandakı 30 milyonluq soydaşımızın istismarına gərək göz yummaya. Azərbaycan qadınları İranın zindanlarında hər cür təhqir və təqiblərə məruz qalır, bu adam isə susur. Minlərlə adamı asırlar, susur. Din pərdəsi altında Şeyx Nəsrullahlıq etməyə dəyməz. Azərbaycan tolerant ölkədir, belə geniş tolerantlıq heç bir ölkədə yoxdur. Burada bütün dini məzhəblər sərbəst fəaliyyət göstərir. Heç kim bizdəki dini azadlığa irad tuta bilməz. Yüzlərlə azərbaycanlı qadını erməni əsirliyində olduğu halda, Ermənistan hakimiyyətinə etiraz müraciəti etməyən bu ayətullah birdən-birə bizə, özü də çox tərbiyəsiz şəkildə müraciət edir. İslam Partiyasının üzvü olan insanlar fitva verib Azərbaycan dövlətinə qarşı çıxmağı planlayıbsa, onlara münasibətdə hansı ölçü götürülməlidir? Bu hallar Quzey Azərbaycana qarşı İranın mütəmadi düşmənçilik fəaliyyətinin növbəti təzahürüdür. Müraciət çox tərbiyəsiz müraciətdir. Onu ünvanlayan belə namusludursa, Güney Azərbaycanda minlərlə azərbaycanlı qadının başına gətirilən oyunlara etirazını bildirsin. Onun bu tip Şeyx Nəsrullah oyunu keçməyəcək. Azərbaycan dövləti belə müraciətlərə əhəmiyyət vermədən öz dövdətçiliyini qorumaqda davam etməlidir". Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev hər bir fəaliyyətin hüquqi əsaslara söykənməli olduğuna diqqət yetirdi: "Azərbaycan məktəblərilə bağlı Təhsil Nazirliyinin qərarı var ki, şagirdlər məktəbə məktəbli formasında gəlməlidir. Belə bir hüquqi qərar varsa, kiminsə onu pozmağa haqqı yoxdur. Belədə, həmin qərarı pozanlar əslində xəta törətmiş olur. Nazirlik məktəbdə təkcə hicabın əleyhinə deyil ki. Məktəbli dərsə normal müəyyənləşdirilən məktəbli geyimində gəlməlidir. Bu gün hicab məsələsi aktuallaşdığından, biz onun adını çəkirik. Digər formalar olsa, onun da adını çəkib, belə olmadığını deyərik. Hər kəsin qeyrəti, vicdanı, namusu onun içində, iradəsindədir. Nə zamandan geyim forması insanın əxlaqını qoruyan vasitəyə çevrilib? Bu tarixən olmayıb, indi də belə deyil. Eksperimentlər göstərir ki, əxlaqın normallığı yalnız insanın özünün vicdanından gələn norma ilə tənzimlənir. Hələ İranın özündə əxlaqi keyfiyyətlərdən uzaq olan hicab və çadralı insanlar olub və var. Ona görə də hicabı ortaya atmaqla bunun guya əxlaqı qoruduğu yanaşması düzgün deyil. Ölkəmizin təhsil sisteminin öz qayda-qanunları var, biz onu qoruyuruq. Kim öz bildiyi kimi hərəkət edəcəksə, onda qanunlar nə üçündür? İnsan huquqlarından istifadəyə gəldikdə, bu dərəbəylik, xaos, qanunsuzluq deyil. Bu hüquqlardan istifadə vəzifə ilə tən gəlməlidir. Bizim məktəblinin vəzifəsi məktəb qanunlarına tabe olmaq və lazımi təhsil, tərbiyə almaqdır. Ona sivil cəmiyyətdə yaşamaq yolları öyrədilir". Bakı xəbər
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib