SON XƏBƏRLƏR

İranın edam gündəmi davam edir

2021.10.20, 07:36
İranın edam gündəmi davam edir

Gunaz.tv

GünAzTv: İki ildən çoxdur həbsdə saxlanan, milliyyətcə kürd olan Hüseyn Xezri yanvarın 15-də Urmiya zindanında dar ağacından asılıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Urmiya məhkəməsi 2008-ci ildə tutulan Hüseyn Xezrini terrorçu PKK təşkilatının İran qanadı sayılan “Pejak” silahlı qruplaşması ilə əməkdaşlıqda, 2003-cu ildə Gülşeyxan sərhəd keçid məntəqəsində hüquq mühafizə qüvvələri ilə baş verən silahlı qarşıdurmada təqsirli bilmişdi. Həmin qarşıdurma zamanı bir polis qətlə yetirilmişdi.

Hüseyn Xezri bütün ittihamları rədd etmiş, zindanda müxtəlif fiziki işgəncələrə məruz qaldığını, təzyiq altında ondan yalançı etiraflar alındığını vurğulamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar