SON XƏBƏRLƏR

İranla Ermənistan Təbriz-İrəvan neft kəmərinin tikintisini müzakirə ediblər

2021.10.20, 07:36
İranla Ermənistan Təbriz-İrəvan neft kəmərinin tikintisini müzakirə ediblər

Gunaz.tv

GünAzTv: İranın neft sənayesi nazirinin müavini Əlirza Zeyqami Ermənistana üçgünlük səfər edib.  

ANS press "Regnum" agentliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir müavini Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsesyanla görüşüb. Görüşdə nazirlər Ermənistan və İran arasında enerji əməkdaşlığı sayəsində məsələləri müzakirə ediblər. Görüşdə əsasən 25 illik perspektivi olan Ermənistan-İran qaz sövdələşməsi müzakirə edilib. Bundan başqa, iki nazir arasında İrandan Ermənistana çəkiləcək sayca üçüncü olan yüksəkvoltlu elektrik enerji xəttinin çəkilməsi məsələsinə də toxunulub. Nazirlər həmçinin 2014-cü ildə tikintisi yekunlaşacaq və uzunluğu 365 kilometr olan Təbriz-İrəvan neft kəmərinin tikintisi məsələsinə də toxunublar. Kəmərin tikintisinin tən ilin payızında başlanacağı bildirilirdi.Qeyd edək ki, İran, Cənubi Azərbaycanın Təbriz şəhərində tikilən “Şəhriyar” kombinatında istehsal edilən neft məhsullarını Ermənistan və bir sıra Orta Asiya ölkələrinə satmağı planlaşdırır. İlkin hesablamalara əsasən, kəmərin tikintisinə 160-180 milyon dollar sərmayə qoyulacağı planlaşdırılıb. Maliyyələşmə hər iki tərəfə 50/50 nisbətində düşür. Ancaq Ermənistan faktiki olaraq heç bir sərmayə yatırmayacaq. Razılaşmaya görə, İran erməni tərəfinin əvəzinə də sərmayə yatıracaq. Əvəzində isə neftkəmərinin istismarından əldə ediləcək gəlirlərin hesabına vəsait əldə edəcək. Tehran və İrəvan hesab edir ki, bu kəmərin köməkliyi ilə neft məhsullarını körfəzdəki qiymətlərdən 15-20 dollar ucuz əldə etmək mümkün olacaq. Xəttin çəkilişi ilə bağlı danışıqlar 1993-cü ildən aparılır. İki ölkə arasında qaz kəmərinin tikintisi isə 2006-cı ildə başa çatıb və bir il sonra istismara verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar