SON XƏBƏRLƏR

Yeni bir dövlət siyasi xəritəyə qədəm qoyur

2021.10.20, 07:36
Yeni bir dövlət siyasi xəritəyə qədəm qoyur

Gunaz.tv

GünAzTv: 7 günlük referendumdan sonra Sudanın cənub hissəsinin ayrılaraq yeni dövlətə çevriləcəyi artıq dəqiqləşdirilib.

Səsvermədə iştirak edən vətəndaşların 80%-i ölkənin ikiyə parçalanmasına qərar verib. Rəsmi nəticələr fevralda elan ediləcək. Buna baxmayaraq, ölkədə səsverməni izləyən xarici müşahidəçilər bildirirlər ki, referendumda 17 min nəfər iştirak edib və Sudanın ayrılması üçün sadə səs çoxluğu kifayətdir. Beləliklə, Afrika qitəsində artıq yeni bir dövlətin yaradılacağı aydındır. Amma Cənubi Sudanın da dünyanın hər tərəfindən göndəriləcək humanitar yardımın çatdırılacağı dibsiz uçuruma çevriləcəyi gözlənilir.  BMT-nin hesablamalarına əsasən əhalinin 90%-i günə bir dollarla dolanır. Dünya dövlətlərini ehtiyyatlanmağa vadar edən digər təhlükə isə yeni müstəqil dövlətin qara qitədə seperatizmin ocağına çevriləcəyidir. Sudandakı Darfur münaqişəsi isə indi daha da dərinləşə bilər. Ötən əsrin ortalarında  mərhələli şəkildə şimaldan ayrılmağa başlayan cənubi Sudan 83-cü ildən müstəqilliyə can atır. Bu iki tərəfin dövlət başçılarının birləşdirmək cəhdləri də cənub və şimallılar arasında  toqquşmaların qarşısını ala bilməyib. 2005-ci ildə  başa çatan vətəndaş müharibəsi qurbanlarının sayı 2 milyon nəfər olub.  Daha 4 milyon şəxs qaçqın vəziyyətinə düşüb. Yalnız beynəlxalq ictimaiyyətin müdaxiləsindən sonra Sudanın ikinci Somaliyə çevrilməsi təhlükəsi aradan qalxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar