SON XƏBƏRLƏR

Türkiyənin iki böyük şairinin 50 illik sirri ortaya çıxıb

2021.10.20, 07:36
Türkiyənin iki böyük şairinin 50 illik sirri ortaya çıxıb

Gunaz.tv

GünAzTv: Məşhur türk şairi Nazim Hikmət özünün səsləndirdiyi şeirləri ortaya çıxıb. Belə ki, şair 25 aprel 1961-ci il tarixində həmkarı Bedri Rahmi Eyüboğlu ilə Parisdə görüşüb.

Görüş zamanı şair 57 şeirini səsləndirərək lentə yazdırıb. Bedri Rahmi ölkəsinə döndükdən sonra qadağan olunmuş şairin qeydlərinin müsadirə edilməməsi üçün xüsusi tədbirlər görüb. O, səsyazılarını oğlu Məmməd və gəlininə verib. Gəlini isə Parisdə lentə alınmış səs yazısını 50 il keçdikdən sonra Türkiyə İş Bankı Mədəniyyət Nəşrlərinə təqdim edib. Qurum Yapı Kredi Yayınları ilə birlikdə Nazim Hikmətin lent yazısını “Böyük insanlıq-Öz Səsindən Şeirlər” adlı CD və kitab şəklində buraxmağa qərar verib. İki böyük nəşriyyatı ilk dəfə bir araya gətirən bu əhəmiyyətli layihə çərçivəsində məşhur şairin 57 şeiri öz səsi ilə yayımlanacaq. Şeirlərin arasında bu günə qədər heç yerdə dərc olunmayan iki şeir də ortaya çıxıb. Disk şairin keçən həftə ortaya çıxan əsl doğum tarixi - 17 yanvarda oxucuların ixtiyarına veriləcək. Əlli ildir gizli saxlanılan lent yazısında Nazım Hikmətin bu sözləri də yer alıb: "Bütün şeirlərimi lentə yazıdracam. Həyatımın bütün səsi səninlə qalsın. Sonra Türkiyəyə də ver bu səsi. Bizim barışmağımız ölümümdən sonra olacaq. Ölkəmə dönmək üçün ölmək məcburiyyətindəyəm". Nazim Hikmətin bu sözləri Eyüboğlunun ən böyük vəsiyyətlərindən birinə çevrilib: "Bu qeydi çox yaxşı saxlayın, aman!"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar