SON XƏBƏRLƏR

«Wikileaks»: Amerika İranı hədəfə alıb

2021.10.20, 07:36
«Wikileaks»: Amerika İranı hədəfə alıb

Gunaz.tv

GünAzTv: «Wikileaks» saytının son olaraq açıqladığı sənədlər Amerika  prezidenti Barak Obamanın raketdən müdafiə sistemini həqiqətən də İrana qarşı qərargah olaraq nəzərdə tutduğunu üzə çıxarıb.

 Sənədlərdən aydın olub ki, Obama Corc Buş dövründə inkişaf etdirilən raket qalxanı planını Rusiyaya qarşı deyil, İranın artan hərbi gücünə qarşı reallaşdırır. Saytın açıqladığı 18 sentyabr 2009-cu il tarixli məxfi məktub dövlət katibi Hillari Klinton tərəfindən səfirlərə göndərilib. Məktubda prezidentin Avropada qurulacaq raketdən müdafiə sistemi ilə bağlı qərarının detallarına yer verilib. Sənəddə deyilir: «Prezident müdafiə naziri Qeyts və Baş Qərargah rəhbərliyinin İrandan Avropada yerləşən qüvvələrimizə, onların ailələrinə və müttəfiqlərimizə yönələ biləcək təhdidlərə qarşı yaxşılaşdırılmış bir raketdən müdafiə sistemi qurulması istiqamətində ortaq tövsiyələri qəbul ediblər». Tövsiyələr isə İranla bağlı müdafiə anlayışını dəyişməyi nəzərdə tutur. Sənəddə həmçinin bildirilir: «İranın hazırda əlində Yaxın Şərq qonşularını, Türkiyəni və Qafqazı təhdid edə biləcək gücdə olan yüzlərlə ballistik raket var və Avropanın daha dərinliklərinə çata bilən ballistik raketləri də fəal şəkildə inkişaf etdirir və sınaqdan çıxarır. Xatırladaq ki, Türkiyə ərazisində qurulması nəzərdə tutulan raket qalxanının İrana qarşı yönəldiyi rəsmən etiraf edilməyib. Türkiyə NATO sənədlərində təhdid olaraq İranın adının yer almasına qarşı çıxır. Dekabr ayında NATO sammitində qəbul edilən strateji anlaşma sənədində İranın adı çəkilməyib. «Wikileaks»-in açıqladığı sənəd isə bu müdafiə sisteminin müstəsna olaraq İrana qarşı nəzərdə tutulduğunu ortaya qoyub. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar