Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. AzərTAc xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb. İqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov rəhbərlik etdikləri qurumların il ərzində gördüyü işlər barədə məlumat veriblər. Daha sonra prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib. "Bütövlükdə deyə bilərəm ki, 2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur. 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir.Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır",-deyə dövlət başçısı iclasın açılışındakı çıxışında bildirib. Ötən il makroiqtisadi vəziyyət sabit qalıb, inflyasiya cəmi 5,7 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 12,3 faiz artıb, gəlirlər inflyasiyanı üstələyib, sosial müdafiəyə dəyərli töhfələr verilib. Ölkədə yoxsulluğun səviyyəsi 9,1 faiz təşkil edib, 7 il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşüb. 2010-cu ildə iqtisadiyyata 15,5 milyard dollar vəsait qoyulub, daxili investisiyalar xarici sərmayələri üstələyib. Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Ötən il bütün sosial proqramlar uğurla icra edilib, minimum əmək haqqı və pensiyanın baza hissəsi artırılıb, 550 min nəfər ünvanlı sosial yardım alıb, 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb, 5 olimpiya mərkəzi, mədəniyyət ocaqları və digər sosial infrastruktur obyektləri tikilib və təmir edilib. İnvestisiya proqramında sosial yönümlü layihələrin icrasının 2011-ci ildə də davam etdiriləcəyini deyən prezident ötən il 70 mindən çox yeni iş yerinin açıldığını, onlardan 53 mininin daimi olduğunu bildirib. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının icrasına başlanandan - 2004-cü ilin fevralından bu günə qədər ölkədə 900 mindən çox yeni iş yeri açılıb. 2010-ci ildə ölkədə 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib. Bu il qaz hasilatı və ixracı daha da artacaq. "Bizim uğurlu inkişafımız gələcək illərdə də davam edəcək" deyən İlham Əliyev ötən il ölkədə baş verən təbii fəlakətin fəsadlarının uğurla aradan qaldırıldığını, evlərini itirən vətəndaşların yeni mənzillərlə təmin edildiyini deyib. Bildirib ki, 3000-dən çox ev təmir edilib, 1500 ev yenidən tikilib, hazırda 700-800 evin tikintisi davam etdirilir. "Bunu etmək üçün isə güclü iqtisadi potensial lazımdır" deyən prezident Azərbaycanın valyuta ehtiyatlarının artıq 29,4 milyard dollara çatdığını diqqətə çatdırıb. 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmadığını deyən dövlət başçısı vurğulayıb ki, buna səbəb Ermənistanın əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtması, vaxtı uzatmaq və işğal etdiyi torpaqları azad etmək niyyətində olmamasıdır. "Azərbaycan vətəndaşları Dağlıq Qarabağa qayıtmalıdırlar" deyən İlham Əliyev 2010-cu ildə beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini vurğulayıb. O bildirib ki, Azərbaycan danışıqlar prosesində konstruktivlik nümayiş etdirir və ölkənin ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz yerinə yetirilməlidir. Dövlət başçısı ölkədə ordu quruculuğu istiqamətində işlərin davam etdirildiyini, bu sahəyə ayrılan vəsaitin artırıldığını, yeni texnika və silahların alındığını, 2011-ci ildə orduya ayrılan xərclərin 3 milyard dollardan çox olacağını deyib. Prezident 2011-ci ildə qarşıda duran vəzifələrdən danışarkən vurğulayıb ki, makroiqtisadi sabitlik qorunmalıdır":Əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyllərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək". Sahibkarlara kreditlərin verilməsi davam etdirilməli və bu sahədə əlavə tədbirlər görülməlidir. Dövlət başçısı bəyan edib ki, bu il kənd təsərrüfatının stimullaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması, taxıl istehsalının artırılması, böyük fermer təsərrüfatlarının yaradılması ilə bağlı əlavə tədbirlər davam etdirilməlidir. İlham Əliyev 2011-ci ildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı işlərin davam etdirilməsi, ölkədə kosmik sənayenin yaradılması istiqamətində tədbirlərin görülməsi, orduya ayrılan xərclərin artırılması, müdafiə sənayesi sahəsində yeni müəssisələrin yaradılması ilə bağlı da tapşırıqlarını verib. Ölkədə quruculuq işləri davam etdirilməli, Bayraq Meydanının ətrafında abadlıq işləri bu il başa çatdırılmalı, dəniz kənarında yerləşən sənaye zonası ordan çıxarılmalıdır. Dövlət başçısı qeyd edib ki, elə etmək lazımdır ki, ticarət, məişət, iaşə obyektlərində nağd şəkildə ödəmələr minimuma endirilsin, kredit kartlarına üstünlük verilsin. Biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməli, bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Neft Fondundan transfertlərin yalnız investisiya yönümlü layihələrə sərf olunmasına çalışılmalıdır. Dövlət başçısı 2011-ci ili "Turizm ili" elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu il Bakıda 5 beşulduzlu hotelin açılacağını deyən prezident "bu, dünyada analoqu olmayan bir hadisədir ki, bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq",-deyə prezident bildirib.
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib