Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsindən sonra rəsmi Tehranın Azərbaycana qarşı tuduğu qərəzli mövqeyi daha da güclənib. İranın davranışları Azərbaycan üçün real təhlükəyə çevrilməkdədir. İranın KİV-ləri də həqiqəti yazan Azərbaycan mediasına hücuma keçib. Bu azmış kimi fars ideologiyasını dəstəkləyən yerli islami saytlardan da hədə-qorxu edilir. Bu arada İran Prezidenti Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin Tehranın Elm və Sənaye Universitetində çıxış edərək İranın ilkin dəyərlərinin təcrübədə uğursuzluqla nəticələndiyini deməsi təəccüb doğurmaya bilməzdi. Rəhim Məşayi bildirib ki, cəmiyyətdə təbliğ olunan islam dəyərləri ilə real həyatda və əməldə müşahidə olunanlar arasında böyük fərq var: "Şərqdə insana dəyər verilmir və insan məhrumiyyəti, yoxsulluğu başqasının hegemonluğunu asanlıqla qəbul edir. Görəsən işimizin harasında nöqsan var? Hamı mömin və inanclı olduğunu iddia edir. Lakin bu iddia ilə əməldə baş verənlər arasında böyük fərq var və iddia ilə əməldə olanı bir-biri ilə müqayisə etsək, cəmiyyətə bu baxımından yüksək qiymət vermək olmur. Əgər burada sərrast danışmasaq bəs harada danışacağıq?" Cəmiyyətdə yalan öz qəbahətini itirdiyini deyən İran rəsmisi bir yandan ədalət, əxlaq, xeyir, yardım, başqasını sevmək və onun hüququna hörmət etməyə önəm verdikləri dəyərlər olduğunu qeyd etsə də, digər tərəfdən adi məişətdə və bir ailənin üzvləri arasındakı münasibətlərdə problemlərlə üz-üzə qaldığını və onun həllində aciz olduqlarını söyləyir. Bu acı etirafdırmı, yoxsa...? Güney Azərbaycan İstiqlal Partiyasının (Kanada) sözçüsü Saleh İldırım bildirib ki, bu gün İran adlanan ölkənin siyasi rejimin heç bir sosial dayağı yoxdur. O rejim dağılmağa və məhv olmağa doğru sürətlə irəliləyir. Heç şübhəsiz ki, İran adlanan ölkənin rəsmiləri Azərbaycana yardım etmək fikrində ola bilməzlər: "Qarabağ məsələsində də belədir. Onlar deyirlər ki, "Ermənistansız Qarabağı təsəvvür etmək olmaz, biz elə etməliyik ki, Qarabağ Ermənistanın tərkib hissəsi olsun, əks-təqdirdə turançılıq ideyası gerçəkləşəcək". Deməli bunlar heç zaman Azərbaycanla həqiqi dost ola bilməzlər". Saleh İldırım bildirib ki, İran Quzey Azərbaycan cümhuriyyətini özünə ciddi rəqib və hətta təhlükə hesab edir. Quzey Azərbaycanın güclənməsi siyasi, iqtisadi cəhətdən inkişaf etməsi əhalinin sosial rifahının yaxşılaşması Güney Azərbaycanda aparılan baxımsızlıq mücadiləsinə bir örnək ola bilər və belə bir şəraitdə Güney Azərbaycanda istiqlal istəyinin kütləviləşməsi İran adlanan ölkənin dağılması deməkdir. Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsiblinin sözlərinə görə, rəsmi Tehran Bakıya düşmən mövqeyində dayandığından həmişə qərəzli çıxışlar edir. Politoloq Cümşüd Nuriyev isə rəsmi Tehranı bu kimi məsələlərə sirayət etdiyinə görə sərt ittihamladı: "Ərazi bütövlüyünü bərpa etməyə hazırlaşdığı bir dövrüdə İranın Azərbaycana qarşı atdığı bütün addımlar vilavasitə ermənilərə dəstəkdir. İkincisi, İran hicabla bağlı bu qədər ciddi və ağıllı siyasət yürüdürsə nədən bunu Misir, İraq və digər ərəb ölkələri qarşısında qaldırmır. Səudiyyə Ərəbistanında hicab qorunsa da, Misir və Türkiyədə hicab o qədər güclü gündəmdə deyil. Nədən bunu Azərbaycana sırımağa çalışır, niyə İran gedib irandilli, fasdilli ölkələrdə bu məsələni qaldırmır?" Burada tamamilə ayrı məqsədin olduğunu deyən politoloqun fikrincə Tehran Rusiyanın tapşırığını icra edir və Azərbaycan əleyhinə də zaman-zaman işlər görüb: "Əvvəla islam qaydalarına görə, əgər İran həqiqətən də islami ölkədirsə, peyğəmbərimiz buyurur ki, müsəlman müsəlmanın qardaşıdır. Harada görünür ki, müsəlman müsəlman qardaşını digər dinin nümayəndələrinə satsın. Qarabağ hadisələri başlayandan bu günədək biz görürük ki, Azərbaycanın ərazisinin işğal olunmasında da İran faktoru var, daxildə qarışıqlıq da salır, indi də hicabla bağlı məsələlər İranın telekanalları bütün dünyaya yayımlayır. Bunların içərisində Azərbaycanın çörəyini yeyən partiya sədrləri də var ki, rəsmi Tehranın belə çirkin mövqeyini dəstəkləyirlər. İranın "Səhər" telekanalına zəng vurub ağızlarına gələni danışırlar. Vətəni, torpağı pula satılacağına bu dərəcədə inanmırdım". Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycan dünyəvi dövlətdir, İranın buradakı qüvvələri isə bu dünyəviliyə xələl gətirmək niyyətindədirlər: "İndi Tehran Azərbaycanda İslam Partiyası sədrinin həbsindən əndişələnir. Bəs, nədən İranın özündə İslam Partityası yoxdur? İran bu qədər haqq-ədaləti qoruyursa, getsin konstitusiyasının 15-ci maddəsinə riayət etsin. Ölkədə 180 min erməni yaşayır, onlar üçün jurnal da çap olunur, məktəbləri də fəaliyyət göstərir, Tehranın mərkəzində kilsələri də var. Amma 40 milyon azərbaycanlının heç bir hüququ qorunmur". Politoloq bildirdi ki, haqq-ədalət olmayan bir ölkənin başqalarından haqq-ədalət tələb etməyə ixtiyarı yoxdur. O, qeyd etdi ki, İran Xudafərində uzunluğu 14 kilometr olan su anbarı tikməklə artıq Azərbaycan ərazilərini su ilə işğal edib: "Cəbrayılın Qumlağ kəndini ermənilər işğal etmişdisə indi İranın sularının işğalına məruz qalıb. Hələ İrandan başqa şeylər də gözləyirik". İranın qərəzli mövqeyindən beynəlxalq təşkilatlara müraciət etməsinə gəlincə isə politoloq dedi ki, Azərbaycan qonşuları ilə belə problemlərlə yaşamaq istəmir: "Rəsmi Bakı müsəlman adət-ənənələrinə hörmət edərək digər müsəlman dövləti beynəlxalq təşkilata vermək istəmir. Onsuz da zaman-zaman İranın atdığı addımları Azərbaycan həmişə öz sinəsinə çəkib. İran dövlətini də yaşadan çox təəssüf ki, Azərbaycan türkləri olub. Xətai də, Nadir Şah da, Şah Abbas da Azərbaycan türkləridir. İranı bir dövlət kimi saxlayan, Rusiyanın işğalından qurtaran azərbaycanlılar olub. Farsların bizə isə minnətdarlığı xəyanətidir". Politoloqun İsfəndiyar Rəhim Məşayinin Şərqdə insana dəyərin verilməməsinə münasibəti isə belə oldu: "İnsana İranda dəyər verilmir, onun hüququ tapdanır, kölə vəziyyətinə salınır. Bu kimi məsələlərdə bütün Şərqin adından danışmağın özü günahdır". Onu da bildirək ki, İran daim Azərbaycanın dostu olduğunu iddia edir. Amma onun Azərbaycana qarşı illərdir tutduğu mövqeyi də məlumdur. O da məlmudur ki, Azərbaycana daha çox narkotik maddələr qanunsuz yolla islam ölkəsi sayılan İrandan gətirilir. Qonşu ölkədən Azərbaycana təxribatçılar, casuslar ixrac olunur, ölkədə dini təfriqə yaratmaq məqsədilə satışı qadağan olunan kitablar gətirilir, Azərbaycanda rəsmi Tehran tərəfindən bəzi qüvvələr ələ alınır. Beynəlxalq saknsiyalrla üzləşən və nüvə dövlətinə çevrilmək üçün bütün cəhdlərə əl atmaqla yanaşı qonşu müsəlman dövlətlərinin də daxili işlərinə qarışmaq vaxtı tapan İrandan artıq beynəlxalq təşkilatlara şikayətlənməyin vaxtı çatmayıbmı? Axı özünün çirkin əməllərini islam dini pərdəsi altında sığortalayan əgər bir dövlətdən Məkkəyə ziyarətə gedənlərin üzərlərindən narkotik maddə aşkarlanırsa buna nə ad vermək olar? Onu da bildirək ki, bu məlumatı "MİQnyus" yaymışdı. Məlumata görə, Məkkəyə ziyarətə getmiş 480 iranlı zəvvarda narkotik maddə aşkarlanıb. Müsəlmanların bu müqəddəs şəhərinə getmiş qaçaqmalçı İran vətəndaşlarından 8 kiloqram narkotik maddə müsadirə edilib. Hava limanı təhlükəsizlik xidmətinin başçısı bu əməliyyatdan fəxrlə danışaraq deyib ki, Məkkəyə qanunsuz yolla narkotik maddə aparanların sayı ötən illə müqayisədə 4 dəfə artıb. Ötən il bu rəqəm 107 nəfər olub. Bir neçə il öncə Məhəmmədrza şahın oğlu Rza Pəhləvi İranın indiki hakimiyyətinə müraciət edərək, deyirdi: "Atamın dövründə tərbiyə alanlar İran-İraq savaşını uddu, ancaq sizin yetişdirdiyiniz gənclik narkomandır". Şahın oğlunun bu fikrində gerçəklik var. İran vətəndaşlarını "Qərb mədəniyyətindən qoruduğunu" iddia edən bir hakimiyyətin yetişdirdiyi və "qoruduğu" bir nəsil İslamın müqəddəs şəhərinə narkotik maddə aparmaqdan belə çəkinmir. İran Azərbaycanda dini dövlət qurmaqda da marağını gizlətməyib. İki il öncə "Səidin dəstəsi" adlı bir qrup terrorçunun ifşa edilməsi və İrana işləmələrinin təsdiqi dediklərimizə sübutdur. Bu təsdiqlər təkcə biz tərəfindən deyil, elə Tehranı "danışdıran" Rusiya saytlarından da söylənilir. Məsələn, "Strana.ru"da deyilir ki, Azərbaycanın xüsusi xidmət orqanları İran agentləri şəbəkəsini ifşa ediblər. Həmin şəbəkə Tehrandan aldığı təlimata görə ölkədə dövlət çevrilişi həyata keçirməliydi. Saytda bu dəstə "Şimal ordusunun məhdiləri" adlandırılıb. Dəstənin İranın xüsusi xidmət orqanı "Sepah"la əməkdaşlıq etdiyindən yazan sayt onun Azərbaycanın müxtəlif təbəqələrinə aid məxfi informasiyaları toplamaqla məşğul olduğunu bildirib. İslamçılar təsdiqləyiblər ki, onlar İranda müxtəlif silahlardan və partlayıcı maddələrdən istifadə etməklə bağlı xüsusi təlimlər keçiblər. Söylənilənə görə, "Səidin dəstəsi"nin üzvlərinin Azərbaycanda həyata keçirməyə cəhd göstərdikləri dövlət çevrilişi heç bir sensasiyaya səbəb olmayacaqdır. Çünki dövlət çevrilişi maddəsi ilə ittiham olunan İslam Partiyasının bəzi üzvləri hələ də həbsdədirlər. Ekspertlərin çoxu bu fikirdədirlər ki, İran dövləti hələ 1979-cu ildən islam inqilabını digər dövlətlərə də ixrac etməyi planlaşdırıb. Bu planda əsasən Azərbaycanı şəriət qaydaları ilə idarə etmək öz əksini tapmışdı. Bu kimi planları həyata keçirmək üçün İslam İnqilabı Qvardiyası rəsmi Tehranın əlində bir açardır. Bu qvardiya təkcə regionda Bakı üçün deyil, eyni zamanda Vaşinqton üçün də təhlükəlidir. "The Washington Post" qəzetinin iki il öncə Ağ Evin rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ bu qvardiyanı terrorçu dəstələr siyahısına salıb. Qəzet bildirib ki, qvardiyanın bəzi dairələri İranın ictimai-siyasi və iqtisadi həyatına güclü təsir göstərir. Qəzet onu da yazıb ki, adıçəkilən qvardiya 1979-cu ildən sonra formalaşdırılıb və İran - İraq müharibəsində aktiv iştirak edib. Sayta görə, İslam İnqilab Qvardiyası keçmiş MDB-nin müsəlman ölkələrində sabitliyi pozmaqda maraqlıdır.
Qaynaq: Xalq cəbhəsi qəzeti
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib