SON XƏBƏRLƏR

Əhməd Ağayinin mühakiməsi gözlənilir

2021.10.20, 07:36
Əhməd Ağayinin mühakiməsi gözlənilir

Gunaz.tv

GünAzTv: Azərbaycanlı öyrənci fəal cənab Əhməd Ağayi 2011-ci il yanvar ayının 16-da (dey ayının 26-ı) Təbrizdə məhkəmə qarşısına çıxacaq.

 

Cənab Ağayi 2010-cu il may ayının 21-də (1389-cu il ordibeheşt ayının 31-i) tutuqlanıb və 3 həftə Həmədan şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində saxlanılıb. Sonra isə onun dosyası Təbriz İnqilab Məhkəməsinə göndərilib.

 

Milli-mədəni fəal Həmədan Bu Əli universitetinin türk öyrəncilərinin, azərbaycanlı fəalların tutuqlanmasına dair etiraz aksiyasında yaxalanıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal, Həmədan Bu Əli universitetinin öyrəncisi, Bu Əli universitetinin türk öyrəncilərinin mədəni ocağının keçmiş məsulu və öyrənci “Ildırım” dərgisinin sabiq baş redaktoru olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar