SON XƏBƏRLƏR

Hüseyn Nəsiri yenidən Təbriz zindanına geri döndü

2021.10.20, 07:36
Hüseyn Nəsiri yenidən Təbriz zindanına geri döndü

Gunaz.tv

GünAzTv: Müalicə məqsədi ilə Təbriz zindanından məzuniyyətə çıxan Azərbaycanlı fəal Hüseyn Nəsiri yenidən zindana qayıdıb.

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, Hüseyn Nəsiri yanvar ayının 15-də (dey ayının 24-ü) zindana dönüb.

O müalicə üçün 5 günlük məzuniyyətə çıxmışdı sonra isə bu müddət daha 5 gün uzadılmışdı.

Xatırladaq ki, cənab Nəsiri 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölü Yığıncağında İran təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıb.

Adını çəkdiyimiz azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib. Sonra bir illik həbs qərarı Şərqi Azərbaycan Vilayətinin Apelyasiya Məhkəməsi (Dadgahe Təcdide Nəzər) tərəfindən təsdiqlənib. Bu onun barəsində çıxarılan son həbs qərarıdır. O buna qədər başqa qərara görə məhkumluq dövrünü yaşayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar