SON XƏBƏRLƏR

Braziliyada təbii fəlakət yüzlərlə insanın ölümünə səbəb olub

2021.10.20, 07:36
Braziliyada təbii fəlakət yüzlərlə insanın ölümünə səbəb olub

Gunaz.tv

GünAzTv: Braziliyada daşqın və sürüşmədən ölənlərin sayı təxminən 500-ə çatıb. Dünən 480-dən çox adamın öldüyü rəsmən təsdiqlənib. Rəsmilər bu sayın artacağını istisna etmirlər. Hazırda xilasetmə işləri davam edir. GünAzTv mətbuat mərkəzinin “Azadlıq Radios”-na istinadən yaydığı məlumata görə, 200-dən çox adamın meyiti Rio de Janeyronun Terezopolis şəhərində tapılıb. Bu arada Braziliyanın yeni prezidenti Dilma Rousseff fəlakət zonasına baş çəkib, dağıntıların sarsıdıcı və həddən artıq böyük olduğunu deyib. Braziliyada baş verən daşqın və sürüşmə ölkə tarixində ən böyük təbii fəlakətlərdən biri hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar