SON XƏBƏRLƏR

İran ermənilərə “Su Elektrik Stansiyası” tikəcək

2021.10.20, 07:36
İran ermənilərə “Su Elektrik Stansiyası” tikəcək

Gunaz.tv

GünAzTv: Araz çayı üzərində inşa ediləcək Mehri Su Elektrik Stansiyasının (SES) dəyəri 323 milyon dollardır. Məlumata görə, bütün maliyyə xərcləri  İran ödəyəcək.

Ermənistan ərazisində Mehri Su Elektrik Stansiyasının (SES) tikintisi bu ilin yazında başlaya bilər. Bunu Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan bildirib. Xatırladaq ki, Ermənistan və İran ötən ilin noyabr ayında sərhəddə yerləşən Araz çayı üzərində Mehri SES-in tikilməsi ilə bağlı investisiya razılaşması imzalayıblar. SES-in tikintisinə bu il başlanılacaq.

GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Bununla bərabər Araz çayının digər sahilində, İrana məxsus ərazidə daha bir SES-in tikintisi nəzərdə tutulur.

İlkin hesablamalara görə, Ermənistan tərəfində tikiləcək SES-in dəyəri 323 milyon dollar təşkil edəcək. Beş il ərzində tikilməsi nəzərdə tutulan SES-in bütün maliyyə xərclərini İran ödəyəcək.

Belə ki, bundan sonra İran buradan 15 il ərzində istifadə edəcək. Ermənistan isə elektrik enerjisi tədarrükü investisiyalarına görə ödənişlər aparacaq. Məhz bundan sonra bu SES Ermənistanın mülkiyyətinə veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar