SON XƏBƏRLƏR

2011-ci il İranla İsrail arasında müharibə gözlənilir

2021.10.20, 07:36
2011-ci il İranla İsrail arasında müharibə gözlənilir

Gunaz.tv

GünAzTv: Yəhudi dövlətində orduya daha sərt general başçılıq edəcək, ötən il savaşı əngəlləyən general istefaya gedir.

Bu il İsraillə İran arasında müharibənin başlaması ehtimalı kifayət qədər böyükdür. İsrail mediasının yazdığına görə, ötən il müharibənin başlanmasını silahlı qüvvələrin Baş Qərargah rəisi Qabi Aşkenazi əngəlləyib. Lakin bu il onun yerini daha sərt mövqeyə malik general tutacaq. Bildirilir ki, ötən il baş nazir Ehud Barak İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlara başlamağı ordu komandanları ilə müzakirə edib. Lakin general Aşkenazi əməliyyatlara qarşı çıxıb. Bu il onun səlahiyyət müddəti başa çatır və İsrail ordusunun Baş Qərargah rəisi postunu İran məsələsində daha sərt mövqe tutan Yoev Galant tutacaq.

GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, İsraildə İrana qarşı müharibə ehtimalını artıran dəyişikliklər bununla kifayətlənmir. “Mossad” direktoru, İrana qarşı hərbi əməliyyatların başlanmasına qarşı olan və bunun əvəzində nüvə fəaliyyətlərini əngəlləmək üçün diversiya əməliyyatlarına üstünlük verən Meir Daqan da ötən həftə vəzifəsindən istefa edib. Həmçinin İsrail ordusunun hərbi kəşfiyyat rəisi ötən ay istefa verib. Daxili Təhlükəsizlik Xidmətinin rəhbərinin də yenisi ilə əvəz ediləcəyi gözlənilir. Bu mühüm təhlükəsizlik və hərbi qurumların yeni rəhbərlərinin hamısı baş nazir Benyamin Netanyahunun İranın vurmaq əmrinə sadiq qalacaqlar. Bu səbəbdən 2011-ci il ərzində bölgədə müharibənin başlanması ehtimalı çox yüksəkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar