SON XƏBƏRLƏR

Sinan Oğan: ”İran ilə Ermənistan arasındakı yaxın əlaqələr cənubi Qafqazda hərbi vəziyyəti gərginləşdirir” (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Sinan Oğan: ”İran ilə Ermənistan arasındakı yaxın əlaqələr cənubi Qafqazda hərbi vəziyyəti gərginləşdirir” (MÜSAHİBƏ)

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi, Tükiyə Strateji Araşdırmalar Mərkəzinin və Türkiyə Azərbaycanlıları Dərnəyinin başqanı, tanınmış analitik Sinan Oğandır. 

-Keçən ilin noyabr ayında Qarabağ münaqişəsi ilə bağlı Rusiya, Fransa, ABŞ və Uruqvaydakı erməni diasporları "Preventiv səfərbərlik" adlanan bəyanatla çıxış etdilər. Hətta, bununla bağlı olaraq "Erməni veteranları və ehtiyatda olanların İttifaqı" adlı təşkilat da yaratdılar. Planda İran üzərindən Ermənistana əsgəri və digər  yardımların edilməsi nəzərdə tutulur. Sizcə, bu, plan nə qədər reallığa yaxındır?

-Bu cür cəhdlər daha çox təxribat xarakteri daşıyır. Ermənilər bununla da dünya ermənilərinin İrəvanın arxasında olduğunu göstərməyə çalışırlar. Buradan Azərbaycana da bir mesaj verməyə çalışırlar. Zira Ermənilər yaxşı başadüşürlər ki, Azərbaycan torpaqlarının işğalını sonsuza qədər gözləyən deyil. Əgər Ermənistan beynelxalq hüquqa əməl edərsə və işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsə Azərbaycan Silahlı Qüvvətləri torpaqları azad edəcək. Bunun üçün də çalışırlar ki, həm Ermənistana yardım göstərsinlər və həm də Azərbaycana mesaj versinler ki, “Dünya Erməniləri Ermənistanın arxasındayıq” Türklərdə belə bir söz vardır: “Qorxunun əcələ xeyiri yoxdur” diyerlər. Ermənilərin nə etməsindən aslı olmayaraq Azərbaycan torpaqlaını ya sülh yolu ilə, ya da müharibə azad ediləcək. Bunu İrəvanda çox yaxşı başa düşürlər.

Sualınızda dediyiniz bu nə qədər realdır hissəsi üçün isə bunu deyə bilərəm ki, bu çoxda real deyil... Təxribat xarakteri daşıyır. Buna bölgədəki vəziyyət icazə verməz.

-Ümumiyyətlə, bu gün İran-Ermənistan hərbi əlaqələrinin inkişafı Cənubi Qafqaz bölgəsi üçün nələr vəd edir?

- İran ilə Ermənistan arasındakı yaxın əlaqələr əlbəttə ki, cənubi qafqazda hərbi vəziyyəti gərginləşdirir. Ancaq yaddan çıxarmamaq lazımdır ki, Türkiyə – İran münasibətləri də irəliləyir. İran bu çərçivədə Türkiyənin dəstəyinə ehtiyacı var. Belə olduğu təqdirdə İran Türkiyənin müttəfiqi və dostu Azərbaycana qarşı kobud siyasi və əsgəri addımlar ata bilməz.

-Həmçinin bu əlaqələri Azərbaycan və Gürcüstana qarşı psixoloji siyasi təzyiq adlandırmaq olarmı?

-Əlbəttə ki, adlandırmaq olar. Ancaq bu addımların heçbirinin ciddi bir nəticəsi olabilməz. Türkiyə bu regionda ciddi bir oyunçudur və bu cür addımlara icazə verməz.

Söhbətləşdi: Elnur Eltürk

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar