SON XƏBƏRLƏR

İranın Mərkəzi Bankı, Qərbi Azərbaycanda PKK xətti tutub

2021.10.20, 07:36
İranın Mərkəzi Bankı, Qərbi Azərbaycanda PKK xətti tutub

Gunaz.tv

GünAzTv: Şərqi və Qərbi Azərbaycanın tək bir Qərzül Həsənə Sandığı (kredit kassası) sayılan mərkəz, Soyuqbulaq (Mahabad) şəhərindən idarə olunaraq fəaliyyət göstərir. Üstəlik onun adı “Milad-i Mokriyan” adlanır.

 

“Milad-i Mokriyan” adı altında fəaliyyət göstərən Qərzül Həsənə Sandığına, İranın Mərkəzi Bankı tərəfindən lesenziya (mücəvviz) verilib.

 

Xatırladaq ki, Mokriyan son zamanlar ortaya çıxan saxta bir sözdür. kürd millətçiləri Sulduz, Qoşaçay və Soyuq bulaq arasında yerləşən bölgəyə, Mokriyan deyirlər.

 

Son zamanlar radikal millətçi kürdləri Terror Təşkilatı PKK-nın göstərişi ilə Urmu şəhərini “Mokriyan” adlandırmağa başlayıblar. onlar daha da irəli gedib Güney Azərbaycanın Makı şəhərinidə “Armanşəhr” (Armanların Şəhəri) adlandırırlar.

 

Bununla belə İranın Mərkəzi Bankının, Mokriyan adını rəsmiləşdirməsi gözlənilən olduğu qədər də düşündürücüdür.

 

Təqdim etdiyimiz cədvəldə fars dilində yazılmış “Mokriyan” sözü açıq-aşkar qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar