SON XƏBƏRLƏR

Politoloq Qabil Hüseynli: İran Azərbaycanı rinqə çağırır

2021.10.20, 07:36
Politoloq Qabil Hüseynli: İran Azərbaycanı rinqə çağırır

Gunaz.tv

GünAzTv: Tanınmış politoloq Qabil Hüseynli bəyan edib ki,  “Sərhəd keçid məntəqəsi bağlananda Bakı nota verməli idi.”

Uzun müddət Azərbaycanla İran arasında yaşanan gərginlik pik həddə çatıb. İran tərəf Astara keçid məntəqəsində gediş-gəlişi dayandırıb. Xatırladaq ki, gərgin münasibətlər Azərbaycanda orta məktəblərdə qızların hicab taxmasına qadağa qoyulandan sonra açıq müstəviyə keçib.

Yeni musavat qəzeti yazırki, Cənub bölgəsi ilə əlaqə saxlayıb, son durumla maraqlandıq. Müsavat Partiyasının Astara rayon təşkilatının sədri Asən Həşimli faktı təsdiqlədi və bildirdi ki, Azərbaycanda hicab məsələsi ortaya çıxandan sonra İran tərəf sərhədi keçən Azərbaycan vətəndaşlarını incitməyə başlayıb: “Azərbaycan vətəndaşları, xüsusilə də cənub sərhədinə yaxın məsafədə yaşayan sakinlər İrana tez-tez gedib-gəlir. Çünki İranda ərzaq məsulları Azərbaycanda olduğundan ucuzdur”.Məsələni şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, İran Azərbaycana qarşı siyasi ekspansiya həyata keçirir: “İranın davranışı müstəqil dövlətlər arasında misli görünməmiş hərəkətdir. Bu, həm də Azərbaycan xalqına etikadan kənar münasibətin göstəricisidir. Dini liderlərin qonşu dövlətlərin  daxili işlərinə qarışması siyasi münasibətlərin pozulması ilə nəticələnə biləcək addımlardır”.Q.Hüseynli bildirdi ki, sərhədi bağlamaqla İran sanki Azərbaycanı rinqə çağırır: “Azərbaycan tərəfi isə münasibətlərin normallaşmasına çalışır. Azərbaycan Əfqanıstana hərbi yüklərin daşınmasına, hərbi bazaların yerləşdirilməsinə icazə vermədi, İranın istəyinin əleyhinə addım atmadı. Amma Tehran Azərbaycana qarşı siyasi ekspansiyaya başladı. Eyni zamanda Xəzər dənizi ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir. Biz hələ İranın Ermənistana yardımı məsələsini demirik. Bunun perspektivi yoxdur”.    Müsahibimizə görə, Azərbaycan tərəfi birmənalı mövqe ortaya  qoymalı, İrana nota verməli idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar