SON XƏBƏRLƏR

İranda daha 5 nəfər edam olunub

2021.10.20, 07:36
İranda daha 5 nəfər edam olunub

Gunaz.tv

GünAzTv: İranın Xürrəmabad şəhərində 5 nəfər narkotik qaçaqmalçısı edam olunub. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir məlumat verir.

Məlumata əsasən, Lorestan əyalətinin prokrorluğu elan edib ki, edam olunan şəxslər narkotik alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar. Hökmü İranın Ali Məhkəməsi də təsdiqləyib.

Son üç həftə ərzində İranda narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə 40 nəfər edam olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar