SON XƏBƏRLƏR

Azərbaycan İrana qaz ixrac edəcək

2021.10.20, 07:36
Azərbaycan İrana qaz ixrac edəcək

Gunaz.tv

GünAzTv: Bakıda  Dövlət Neft Şirkəti və İranın Milli Qaz İxracı Şirkəti arasında  təbii qazın alqı-satqısına dair sazişin  əsas şərtləri imzalanıb.

Müqaviləyə əsasən, Azərbaycan  Astaradan İrana  5 il ərzində  qaz ixrac edəcək. Qeyd edək ki, İrana ixrac olunan qazın qiyməti Azərbaycanın  Türkiyəyə və Rusiyaya satdığı qazın qiymətindən  aşağı deyil. «Carçı»ya eksklüziv müsahibə verən iranlı nazir Seyid Məsud Mirkazimi sazişin mahiyyətini açıqlayıb: “Azərbaycana səfərim 2 ölkə prezidenti arasında elektrik enerjisi, qaz və neft sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bir  il əvvəl olan razılaşmadan irəli gələn məsələlərin həlli istiqamətində atılan ilk mühüm addımdır. İmzalanan sənədə gəlincə, Azərbaycandan İrana ixrac olunacaq qazın həcmi bu il 1 mlrd. kubmetr təşkil edəcək, növbəti illərdə isə bu həcm artacaq. Qaz ixracına fevralın 1-dən başlanacaq. OPEK-lə Azərbaycan arasınca əməkdaşlığa gəldikdə isə, onu deyə bilərəm ki, təşkilatımız hər zaman enerji təhlükəsizliyinin əsas hissəsi olan Azərbaycanla hər zaman əməkdaşlığa önəm verir.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar