SON XƏBƏRLƏR

İranda daha bir qəribə qadağa tətbiq ediləcək

2021.10.20, 07:36
İranda daha bir qəribə qadağa tətbiq ediləcək

Gunaz.tv

GünAzTv: İranda küçədə itlə gəzənlərə qarşı ciddi tədbirlər görüləcək.

İranda küçədə it gəzdirmək qadağan edilib. Bu barədə məlumatı "Kayhan" qəzeti yayıb. Qəzetin yazdığına görə, polis küçədə itlə gəzənlərə qarşı ciddi tədbirlər görüləcəyini bildirib. İsfahan əyalətinin polis rəisi Hasan Keremi bu istiqamətdə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir: "İtləri küçələrə çıxarıb gəzdirənlər cinayət işləyirlər. Qadağanı pozanlar haqqında cəza tədbirləri görüləcək".  Xəbərdə küçədə meymun gəzdirməyin də qadağanın tərkibinə daxil olduğu qeyd edilib. Əyalətin baş prokuroru Muhamməd Rıza Habibi isə it və digər heyvanların ev şəraitində saxlanmasının da yasaq olduğunu deyib. Rəsmi onların evdə səs-küy etdiklərini, küçələrdə isə ictimai mədəniyyətə əks olan davranışlar nümayiş etdirdiyini ifadə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar