SON XƏBƏRLƏR

Avstraliyanın yarısı yağış sularının alıtnda qalıb

2021.10.20, 07:36
Avstraliyanın yarısı yağış sularının alıtnda qalıb

Gunaz.tv

GünAzTv: Ölkənin üçüncü böyük şəhəri boşaldıldı, fəlakətin miqyası böyüyür .

Avstraliyada dünən gecə saatlarınadək sel nəticəsində 20-dək adam həyatını itirib, itkin düşənlərin sayı isə 100-ə yaxınlaşıb. Ölkənin ən böyük üçüncü şəhəri olan Brisbanda əhali evakuasiya olunmaqdadır. Sel ümumilikdə Kvinslend ştatını sular altında qoyub. Selin vurduğu maddi zərərin həcmi artıq 5 milyard dolları aşmaqla Avstraliya iqtisadiyyatına böyük zərbə endirib.

 Sel suları ölkənin Brisban şəhərinə doğru irəliləməyə başladığı üçün sakinlər şəhərdən çıxarılmağa başlayıb. Sel Kvinslend ştatının Tuvumba şəhərində faciəyə gətirib çıxardı. Şəhər prospektlərini azğın çaya çevirən sel evləri və maşınları yuyaraq aparıb. Evlərinin damlarında qapalı vəziyyətdə qalanlar helikopterlərlə xilas ediliblər. Şəhərdə suyun yüksəkliyi bəzi yerlərdə iki metri aşıb. Tuvumbadan sular çəkildikdən sonra qalın bir palçıq təbəqəsi qalıb. Tuvumbanı geridə buraxan sel suları sürətlə Kvinslendin paytaxtı Brisbana doğru hərəkət etməkdədir. Yeni bir faciəni önləmək məqsədilə sakinləri şəhərdən çıxaran səlahiyyətlilər yağmurların hələ bir müddət davam edəcəyini və fəlakətin ölçülərinin daha böyük ola biləcəyi barədə xəbərdarlıq ediblər.Məlumat üçün qeyd edək ki, sel suları altında qalan Kvinslend ştatının ərazisi Almaniya və Fransanın birlikdə götürülmüş ərazisindən daha böyükdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar