SON XƏBƏRLƏR

Tehran nüvə obyektlərinin qapısını əcnəbi diplomatların üzünə açmayacaq

2021.10.20, 07:36
Tehran nüvə obyektlərinin qapısını əcnəbi diplomatların üzünə açmayacaq

Gunaz.tv

GünAzTv: Bunu İran rəsmilərinin məsələ ilə bağlı davranışları deyir.

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, İran  Avropa İttifaqının  nüvə obyektlərini nümayiş etdirmək üçün xarici diplomatların ölkəyə dəvətini rədd etməsinin  nüvə müzakirələrinə təsiri olmayacağını bildirib. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst bildirib ki, bu ay  Türkiyədə keçiriləcək görüşün  digər məsələlərlə əlaqəsi yoxdur. İstanbul görüşü yanvarın 21-i və 22-si baş tutmalıdır. Bu görüşdə iştirak etmək üçün İran / BMT Təhlükəsizlik Şurasının daimi üzvləri- Rusiya və Çin, bundan başqa Misir, Kuba və Avropa İttifaqına sədrlik edən Macarıstanı dəvət edib. ABŞ, Böyük Britaniya, Fransa və Almaniya isə  dəvətlilər sırasında deyil.  Bu arada İran  üçüncü nəsil 100 kilometr mənzilli  “Qasid” raketlərinin istehsalına başlayır. Bunu  ölkənin Hərbi Hava Qüvvələrinin komandan müavini Məhəmməd Rza Karaşki deyib. O bilddirib ki, “Qasid” raketlərinin  üçüncü nəsli  istehsal mərhələsindədir. Qeyd edək ki, yerli mütəxəssislər tərəfindən hazırlanan və hədəfi  pilotun nəzarəti olmadan məhv edə bilən “Qasid” raketləri  artıq uğurla sınaqdan keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar