SON XƏBƏRLƏR

Rəsul Mirhəşimli: ”Milli-demokratik ideya hər zaman aktualdır və bu gün də aktuallığını itirməyib”

2021.10.20, 07:36
Rəsul Mirhəşimli: ”Milli-demokratik ideya hər zaman aktualdır və bu gün də aktuallığını itirməyib”

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi, tanınmış araşdırmaçı Rəsul Mirhəşimlidir.

 

-Rəsul bəy, Bu gün Azərbaycanda cərəyan edən siyasi-ictimai və sosial proseslərin fonunda siyasi islamın işartıları görsənirmi?

 

- Azərbaycanda baş verən hadisələrdə islamın bir din olaraq siyasi proseslərə müdaxilə etməsini sanmıram. Məsələ ondandır ki, rəsmi dövlət qeydiyyatı olmasa belə, ölkədə İslam partiyası var və fəaliyyət göstərir. Ancaq bu təşkilatın siyasi fəaliyyət göstərdiyi də realdır. Fəaliyyətində hansı qüvvələrə istinad etməsini isə partiyanın fəaliyyətini izləyənlər bilirlər.

Mən hesab edirəm ki, bu gün ölkədə dini kəsimi radikalaşşdırmaq və siyasi proseslərə qatmaq üçün ciddi şəkildə fəallıq göstərən qüvvələr var. Bəlkə də bu hal ondan irəli gəlir ki, Qərbə və beynəlxalq təşkilatlara göstərmək istəyirlər ki, bizim ölkədə də dini radikalizm elementləri var və hər hansı bir siyasi dəyişiklik bölgədə sabitliyi poza biləcək qədər təhlükəlidir.

 

-Bir zamanlar Azərbaycanda milli-demokratik ideya populyar idi. Sizcə, indi milli-demokratik ideyanın yerini siyasi islam tutmaqdadırmı?

 

- Əslində, bütün ideyalar zaman-zaman ya aktullaşır, ya da bir qədər öləziyir. Milli-demokratik ideya hər zaman aktualdır və bu gün də aktuallığını itirməyib. Hadisələrə kompleks baxanda mən “siyasi islam” terminini işlətmək istəməzdim. Çünki dini icmalar siyasi fəaliyyətlə məşğul olmur. Sadəcə olaraq, vicdan azadlığının müdafiəsi ilə məşğul olurlar. Təbii olaraq, onu da bildirmək mümkündür ki, insanın hər şeyə ümidi azaldıqca yeganə ümid bağladığı varlıq Allah-Təala olur. 

 

- İslam bir din olaraq, vətəndaş cəmiyyətini, demokratik dəyərləri, azad insan hüquqlarını dəstəkləyirmi? Məsələn, məhrum prezidentimiz Əbülfəz Elçibəy deyirdi ki, islam bir din olaraq sosial-demokratiya daha yaxındır. Siz necə fikirləşirsiniz?

 

- İslam dini hər zaman insanın azadlığını hər şeydən üstün tutur. Allah insanı bütün yaratdıqlarının əşrəfi olaraq yaradıb və bu yaratdıqlarını da insanın istifadəsinə verib. Müqəddəs Kitabımız olan Qurani-Kərimdə insan azadlıqları ilə saysız ayələr göstərmək mümkündür. Allahın buyurduğu “Yalnız Sənə qulluq etdiyimiz üçün, yanız Səndən istəyirik” ayəsi insan azadlığının intəhasızlığını təlqin edən hikmətin bariz nümunəsidir.

 

Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar