SON XƏBƏRLƏR

İspaniyada terror bitdi

2021.10.20, 07:36
İspaniyada terror bitdi

Gunaz.tv

GünAzTv: Sepatarçı ETA terror təşkilatı birdəfəlik atəşkəs qərarı verməklə silahı yerə qoyduğunu bəyan edib.İspaniyada separatçı bask təşkilatı ETA davamlı atəşkəs elan edib. İspaniyanın şimal-şərqində yerləşən Bask bölgəsinin müstəqilliyi üçün mübarizə aparan və Avropa Birliyinin error təşkilatları siyahısında yer alan ETA-nın siyasi orqanı olduğu üçün 2003-cü ildə bağlanan Batasuna partiyasının həbsdə olan lideri Arnaldo Oteqi bir müddət əvvəl ETA-nın qarşıdurmalara son qoymağa hazırlaşdığını bəyan etmişdi. İspaniyanın «Gara» qəzeti silahı yerə qoymaq barədə qərar qəbul edən Bask millətçi təşkilatının dünəndən etibarən birdəfəlik atəşkəs elan etdiyini yazıb. Oteqi Bask bölgəsində 42 ildir davam edən toqquşmaların sona çatması üçün ETA-nın yeni bir addım ata biləcəyini söyləmiş və «Baskda qarşıdurmaların sona çatması üçün hökumətin üzərində təzyiq artacaq» deyə bildirmişdi. İspaniya hökuməti Oteqinin şərhlərini «yeni bir şey yoxdur» deyə qiymətləndirsə də, ETA-nın son qərarı bu açıqlamaların ciddi olduğunu göstərib. Bununla da ETA öz tarixində ilk dəfədir ki, silahı yerə qoymaq istəqamətində ciddi addıma imza atıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar