SON XƏBƏRLƏR

Güney Azərbaycanla bağlı bir neçə ölkədə Aclıq Aksiyası keçiriləcək

2021.10.20, 07:36
Güney Azərbaycanla bağlı bir neçə ölkədə Aclıq Aksiyası keçiriləcək

Gunaz.tv

GünAzTv: İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi tələbi ilə 21 fevral - Beynəlxalq Ana Dili Günündə bir neçə ölkədə aclıq aksiyası keçiriləcək.

Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya verilən məlumata görə, DAK-ın təşəbbüsü ilə keçiriləcək aclıq aksiyası fevralın 21-də Böyük Britaniyada, İsveçdə, İsveçrədə, Almaniyada, Finlandiyada və Kanadada təşkil olunacaq. Aksiya zamanı milli kimliklərinin müdafiəsi tələbi ilə çıxış etdiklərinə görə həbs edilən və cəzaçəkmə müəssisələrində işgəncələrə məruz qalan azərbaycanlıların azadlığa buraxılması tələbi irəli sürüləcək, İranda Azərbaycan türklərinə qarşı assimilyasiya və diskriminasiya siyasətinə etiraz bildiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar