SON XƏBƏRLƏR

Türkiyədə Helikopter qəzasında 5 nəfər həyatını itirib

2021.10.20, 07:36
Türkiyədə Helikopter qəzasında 5 nəfər həyatını itirib

Gunaz.tv

GünAzTv: Ankaradakı hərbi məktəb komandanlığının ərazisindən təlim uçuşu üçün havaya qalxan hərbi helikopterin yerə düşməsi nəticəsində 5 zabit həlak olub.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bazar ertəsi yerli vaxtla 17 radələrində UH-1 tipli hərbi helikopterlə rabitənin kəsildiyi haqında məlumat yayıldı.

Rabitə kəsildiyi zaman, helikopterin Ankara ilə paytaxt yaxınlığındakı Polatlı rayonu arasında olduğu təxmin edilirdi.

Axtarış işləri yerdən jandarma qüvvələrinin xilasetmə briqadaları, havadan isə gecə görüş sisteminə malik 2 helikopterlə aparılıb.

Bundan başqa, axtarış işlərində yüzlərlə insan iştirak edib.

Yerli vaxtla saat 23 radələrində helikopterin parçaları aşkar edildi.

Ankaradakı qəzanın səbəbləri bağlı təhqiqat aparılır.

Bu son günlərdə Türkiyədə təlim uçuşları zamanı baş verən ikinci qəza olub.

Yanvarın 4-də İzmirdə təlim uçuşu üçün havaya qalxan təyyarə qəzaya uğrayıb, xoşbəxtlikdən insident nəticəsində ölən olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar