SON XƏBƏRLƏR

Zindan məsulları azərbaycanlı fəalları hədələyib

2021.10.20, 07:36
Zindan məsulları azərbaycanlı fəalları hədələyib

Gunaz.tv

GünAzTv: Azərbaycanlı milli-mədəni fəallar cənab Ayət Mehrəlibəyli (Yürüş) və Doktor Lətif Həsəni Təbriz zindanının məsulları tərəfindən hədələniblər.

 

Hazırda Təbriz zindanının özəl bölümündə (bənd) saxlanılan fəallar 2011-ci il yanvar ayının 1-dən (Dey ayının 11-i) Aclıq Aksiyasına başlayıblar.

 

GünAzTv mətbuat mərkəzinin “Herana”ya istinadən yaydığı məlumata görə, 8 ay öncədən həbsdə saxlanılan azərbaycanlı fəallar qeyri-müəyyən vəziyyətləri, məhbus hüquqlarından məhrum olmaları və ağır şəraitdə saxlanıldıqlarına görə Aclıq Aksiyasına başlayıblar.

 

Məlumata görə, zindan məsulları nəinki onların tələbinə diqqət yetirməyib hətta onları təhdid ediblər. Məsullar Aclıqda olan məhbuslara dəfələrcə bildiriblər ki, Aclıq Aksiyasını davam etdirəcəkləri təqdirdə onlarla daha sərt davranılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar