SON XƏBƏRLƏR

Siyasi partiyalara «Facebook» və «Twitter» yasağı

2021.10.20, 07:36
Siyasi partiyalara «Facebook» və «Twitter» yasağı

Gunaz.tv

GünAzTv: İnsan haqlarının pozduğuna görə, İrandakı hakmiyyət gerici, mürtəce rejim adlandırırlar. Ölkədə müxalif düşüncəlilər keçirdikləri etiraz aksiyada ona «faşist», «diktatura», «irqçi» deyirlər.

Düzü, öz vətəndaşına sayğı göstəməyən rejimlərə bu sayaq hansı adı versən yaraşar. Bununsa Qərb mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Məgər, qərblilər deyir: «Ay, Tehran öz vətəndaşına etibar eləmə?»…

Məsələni çox uzatmadan vəziyyətlə bağlı aydın səhnəni təsəvvür etmək üçün  iki gündə insan haqlarının pozulması ilə bağlı üç xəbərə diqqət yetirmək yetərlidir.

«MIGnews»-un məlumatına görə, İslam Respublikasının inqilab məhkəməsi tanınmış vəkil,  hüquq müdafiəçisi Nəsrin Sütudəni 11 il müddətinə azadlıqdan məhrum edib. Bundan başqa ona 20 il vəkillik ettmək də yasaqlınıb.

O, «milli təhlükəsizliyə», «antidövlət təbliğat aparmaqda» suçlandırılıb.

«Svoboda» radiosunun məlumatında isə bildirilib ki, Sütudə həm də Nobel mükafatı laureatı Şirin İbadinin başçılıq etdiyi İnsan haqlarının müdafiə mərkəzinə üzv olduğuna görə də «günahkar» bilinib.

Nəsrin Sütudə 2009-cu ilin yayında prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyasında tutulmuşların hüquqların müdafiə edənlərdən olub. O, xarici ölkələrin informasiya vasitələrin ötən ilin sentyabrında bu kimi məsələlərlə bağlı müsahibə  verdiyi üçün həbs edilib.

Məhbusun həyat yoldaşı Rza Xəndan jurnalistlərə açıqlamasında xanımına çıxarılan hökmün ədalətsiz olduğunu vurğulayaraq apellyasiya şikayəti verəcəklərini söyləyib.

Başqa bir xəbərdə isə bildirilib ki, İran parlamentinin «Komissiya 10» qrupu, siyasi partiyalarını fəaliyyətinin tənzimləyən, belə qurumların «Facebook» və «Twitter» kimi sosial şəbəkədən istifadəsini yasaqlayan qanun layihəsinə müzakirə edəcək.

İran  KİV-ə bu haqda komissiyanın başçısı Həmidrza Fulacar deyib.

Onun sözlərinə görə, İrandakı «yüngül savaş və özəl durumla» əlaqədar komissiya siyasi partiyalar haqqında qanunda bəzi dəyişikliklər etmək istəyir. «Yumşaq savaş» ifadəsini 2009-cu ilin prezident seçkisindən sonra ölkə rəsmiləri və informasiya vasitələri tez-tez istifadə edir. Hakimiyyət bütün müxalifət və ona bağlı KİV-in fəaliyyətini «yumşaq savaş» adlandırır.

İran Appelyasiya məhkəməsi Şiva Nəzər – Əhərini 4 il azadlıqdan məhrum edib və 74 şallaqla cəzalandırılması haqda qərar çıxarıb. O, mövcud «hakimyyəti devirməyə cəhddə» ittiham olunur. 26 yaşlı jurnalist 2009-cu ilin məlum yay olayları zamaanı tutulub, prezident seçksindən sonra girov qarşılığında sərəbəst buraxılmışdı. Sədrəddin Soltan

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar