SON XƏBƏRLƏR

İranla Azərbaycanın münasibətləri daha da pisləşə bilər

2021.10.20, 07:36
İranla Azərbaycanın münasibətləri daha da pisləşə bilər

Gunaz.tv

GünAzTv: Xəbər verildiyi kimi, İranla sərhəddə Amerika casusunun tutulduğu barədə xəbərlər hələ ötən həftədən yayılmışdı.

İranın yarırəsmi “Fars” agentliyi saxlanılan şəxsin milliyyətcə erməni olan ABŞ (Amerika Birləşmiş Ştatları) vətəndaşı, 55 yaşlı Hal Talayan olduğunu xəbər verib.

İranın rəsmi orqanları isə bu xəbərlərlə bağlı susub. Daha sonra İran KİV-ləri xəbər veriblər ki, Ermənistanla sərhəddə saxlanılan qadının dişində gizlədilmiş casus qurğusu tapılıb, dindirmə zamanı o hər şeyi boynuna alıb və daha sonra İran təhlükəsizlik orqanları onu Ermənistana geri göndərib. ABŞ Dövlət Departamenti isə İranla sərhəddə bu ölkənin vətəndaşının saxlanıldığı barədə heç bir məlumat almadıqlarını, bu məlumatı dəqiqləşdirmək üçün İranda Birləşmiş Ştatların maraqlarını təmsil edən İsveçrə səfirliyi və Ermənistan XİN-lə əlaqə saxladıqlarını açıqlayıb.Nəhayət, İranın sərhəd polisinin komandan müavini Tehranda mətbuat konfransı keçirərək sərhəddə casusun saxlanıldığı barədə xəbərləri təsdiqləyib. Lakin o deyib ki, casus Ermənistanla sərhəddə deyil, Azərbaycanla sərhəddə saxlanılıb. “Mən təsdiq edə bilərəm ki, ABŞ vətəndaşı olan, qadın cinsinə mənsub casus Azərbaycanla sərhəddəki Culfa sərhəd-keçid məntəqəsində tutulub. Qadın dindirmə zamanı hər şeyi etiraf edib” deyə, general bildirib. Bununla belə İran generalı deyib ki, qadının pasportunun saxta olub-olmadığı və onun həqiqətən ABŞ vətəndaşlığı daşıdığı məlum deyil: “O, dindirmə zamanı əvvəlcə bildirib ki, Amerika vətəndaşıdır, daha sonra İsveçrə vətəndaşı olduğunu deyib, qadın müxtəlif ölkələrin adını çəkir”. General deyib ki, qadının İrana giriş vizası olub. Daha sonra İran KİV-lərindən biri tutulan qadının fotosunu da yayıb. Fotoda iki polisin müşayiətində olduğu görünən qadın üzünü şərflə örtüb.Məlum olub ki, İranın sərhəd polisinin komandan müavinin açıqlamalarından sonra ABŞ Dövlət Departamenti saxlanılan şəxslə bağlı Azərbaycan XİN-lə əlaqə saxlamağa hazırlaşır. Dövlət Departamentinin rəsmisi Mark Toner deyib ki, hələlik onlarda Hal Talayan adlı Amerika vətəndaşının itkin düşdüyü, yaxud İranda həbs olunduğu haqda məlumat yoxdur. Bununla belə, məsələ ilə bağlı araşdırmalar davam edir. İran dəfələrlə ölkə ərazisinə keçməyə çalışan Amerika casuslarını yaxaladığını elan edib, hazırda bu ölkədə casusluqda ittiham edilən bir neçə ABŞ vətəndaşı saxlanılır. Eyni zamanda, İran Amerika və İsrail casuslarının ölkə ərazisinə keçmək üçün Azərbaycan ərazisindən istifadə etdiyi barədə də ittihamlar səsləndirib. Bu baxımdan gözlənilir ki, Naxçıvandan İrana keçmək istəyən, casusluqda şübhəli sayılan şəxsin yaxalanması Tehranla Bakı arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək. Yeni musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar