SON XƏBƏRLƏR

İran nüvə yanacağı istehsalı ilə bağlı yeni açıqlama verib

2021.10.20, 07:36
İran nüvə yanacağı istehsalı ilə bağlı yeni açıqlama verib

Gunaz.tv

GünAzTv: İranın Atom Enerjisi üzrə Agentliyinin Əli Əkbər Salehi deyib ki, İsfahanda yanacaq sterilizator və plastin hazırlayan zavodun tikintisi başa çatıb. Bu barədə Lent.az “Fars” agentliyinə istinadən xəbər yayıb.Bu, İran tərəfindən nüvə yanacaq yanacağı istehsalı dövriyyəsinin tam mənimsənilməsi deməkdir. Əli Əkbər Salehi bildirib ki, İranın nüvə yanacağı ilə özünü təmin etməsi vacib addımdır və Tehran Qərb dövlətlərinin günahı ucbatından belə addım atıb. O, artıq İranın 40 kiloqram uranı 20 faiz zənginləşdirdiyini açıqlayıb. Əli Əkbər Salehi bunun tibbi və təhqiqat reaktorlarının işi üçün zəruri olduğunu söyləyib. Təhqiqat reaktoruna zənginləşdirilmiş uranın birinci partiyasının 2011-ci ilin sentyabrında yükləmək nəzərdə tutulur. Hələ ki, Qərb dövlətləri bu bəyanata reaksiya verməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar