SON XƏBƏRLƏR

İran yenədə İsrailə bağlı casus şəbəkəsini çökdürdüyünü deyir

2021.10.20, 07:36
İran yenədə İsrailə bağlı casus şəbəkəsini çökdürdüyünü deyir

Gunaz.tv

GünAzTv: İran nüvə mütəxəssisi Məsul Əli Məhəmmədinin öldürülməsi olayına qarışan İsrailin kəşfiyyat xidməti "Mossad"la bağlantısı olan bir casus şəbəkəsini çökdürdüyünü açıqlayıb.

Ölkənin Kəşfiyyat Nazirliyinin dövlət televiziyasında yayımlanan açıqlamasında "Mossad"a bağlı olan terror və casusluq şəbəkəsinin çökdürüldüyü bildirilib. Açıqlamada şəbəkənin bir il öncə nüvə mütəxəssisi Məsud Əli Məhəmmədiyə sui-qəsd təşkil etdiyi, İrana qarşı müxtəlif provakasyon planlar hazırladığı bildirilib.

Şəbəkənin Məhəmmədini ölsürmək üçün bəzi avropalı, yaxud avropalı olmayan qonşu ölkələrdən istifadə etdiyi bildirilib, ancaq detallı məlumat verilməyib.

Qeyd edək ki, nüvə fizikası mütəxəssisi olan Məhəmmədi 12 yanvar 2010-cu ildə Tehranda avtomobilinə yerləşdirilən uzaqdan idarə olunan bombanın partlaması nəticəsində öldürülmüşdü. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar