Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv: Ukrayna ilə yeni nəsil “Oplot M” zirehli maşınlarının alınmasına dair danışıqlar gedir; sövdələşmə alınsa, ordumuz Ermənistana qarşı əzici üstünlük əldə edə bilər.Son illər hərbi hava və quru qüvvələrini ən modern və güclü texnika ilə təmin etməkdə olan Azərbaycan bu istiqamətdə daha bir addım atmağa hazırlaşır. Ukrayna KİV-lərinin xəbərlərinə əsasən, hazırda bu ölkənin istehsalı olan ən yeni nəsil “Oplot M” tanklarının alınmasına dair danışıqlar gedir. Danışıqlarda nə qədər tankın alınması barədə söhbət getdiyi məlum olmasa da, bildirilir ki, Azərbaycan Ukrayna hərbi sənayesinin istehsalı olan və ilk dəfə gələn ay Əbu-Dabidə keçiriləcək beynəlxalq silah sərgisində nümayiş olunacaq bu tanklara çoxdan maraq göstərir.
Azərbaycan indiyədək bir qayda olaraq Rusiya istehsalı olan T-72 tanklarını almağa üstünlük verirdi. Ötən illərdə Ukraynadan, Belarusdan və Rusiyanın özündən bir neçə dəfə iri partiyalarla bu tankların alınması baş verib. Azərbaycan ordusunun zirehli tank qoşunlarının maşın parkı əsasən bu tanklardan ibarətdir. Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların müsbət nəticələnməsi ehtimalı getdikcə azaldığı bir vaxtda Azərbaycan öz ordusunu gücləndirmək üçün intensiv və sistemli iş aparmaqdadır. Bu zaman quru qoşunlarının və hərbi hava qüvvələrinin gücləndirilməsi, köhnəlmiş texnikanın yeniləri ilə əvəzlənməsi, həmçinin daha müasir texnikanın alınması xüsusi diqqət mərkəzindədir. Hərbi ekspertlərə görə, T-72 tankları döyüşdə kifayət qədər sınanmış etibarlı texnika olsa da, Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri üzərində əzici üstünlüyə malik olması üçün daha müasir texnikaya da ehtiyac var. Məhz bu baxımdan Azərbaycan Ukrayna hərbi sənayesinin son vaxtlara qədər texniki göstəriciləri məxfi saxlanan nümunəsinə maraq göstərir və çox güman ki, bu tankların ilk alıcılarından biri olacaq.Məsələ burasındadır ki, hazırda dünyada ən güclü tanklar kimi ABŞ istehsalı olan “Abrams” tankları və İsrail istehsalı olan “Merkava” tankları, habelə Rusiya hərbi sənayesinin istehsalı olan T-90 tankları hesab edilir. Məlum siyasi səbəblərə görə, Qərbin tank istehsalçıları Azərbaycana bu texnikanı satmaz. Digər tərəfdən “Abrams”lar və “Merkava”lar daha ağır texnika olduqlarına görə Qarabağda mümkün hərbi əməliyyatlar zamanı daha yüngül və sürətli T-90 tanklarından istifadə effektli ola bilərdi. Lakin belə görünür ki, Azərbaycan Rusiyadan həmin tankları ala bilmir. T-90 Rusiya tank sənayesinin ən son və ən güclü texnikasıdır, rus ordusunun zirehli tank parkının özündə belə bu tankların sayı məhduddur. Lakin silah satışında mövqelərini qorumağa çalışan Rusiya onları bir çox ölkələrə həvəslə ixrac edir. Ermənistan ordusunda hələ Qarabağ müharibəsinin son illərində Rusiya tərəfindən hədiyyə edilən bir neçə belə tank peyda olmuşdu. Bu, o vaxtlara təsadüf edirdi ki, Azərbaycan ordusu düşməni xeyli sıxışdırmağa və işğal edilmiş ərazilərin böyük hissəsindən geri oturtmağa nail olmuşdu. Bunu görən Rusiya təcili olaraq Ermənistana iri həcmdə silah-sursat və texnika göndərdi. Məlumatlara görə, indi də Qarabağdakı Ermənistan qüvvələrinin sərəncamında T-90 tankları mövcuddur.Ehtimal olunur ki, Moskva Azərbaycanın Ermənistan üzərində əzici üstünlük əldə etməsini istəmədiyi üçün indiyədək bu ölkədən T-90 tankları almaq mümkün olmayıb. Lakin Ukrayna istehsalı olan “Oplot-M” tanklarının alınması bu vəziyyəti dəyişdirəcək. Çünki qiymətləndirmələrə görə, “Oplot-M” tankları T-90 tanklarından bir çox parametrlərə görə üstündür. Ukrayna mənbələri ilk dəfə 2008-ci ildə Xarkovda təqdimatı keçirilən bu tankların əsas texniki göstəricilərini açıqlamayıb. Ancaq məlum olub ki, tankın zireh sistemi T-90 tanklarının zireh sistemindən xeyli güclüdür. Tank yan tərəflərdən də əlavə müdafiə sisteminə malikdir. Bu göstəricilər üzrə Qərb və Rusiya istehsalı olan bütün tankları qabaqlayır. Bildirilir ki, “Oplot-M”lərin tank əleyhinə müasir sursatlardan heç bir qorxusu yoxdur. Tankda komandir üçün 360 dərəcədə hədəfi izləməyə imkan verən PNK-6 nişangahı quraşdırılıb. Rusiya istehsalı olan tanklardan heç birində bu nişangah yoxdur. Tankın mühərriki 1400 at gücündədir, Rusiya istehsalı olan tank mühərrikləri isə 1000 at gücündədir. Həmçinin tankda ən müasir rabitə və naviqasiya sistemləri quraşdırılıb. Ekspertlərin qiymətləndirmələrinə görə, hazırda “Oplot-M” hətta dünyada ən güclü tank hesab edilə bilər. Tank istənilən hava şəraitində yüksək manevr qabiliyyəti nümayiş etdirir və kifayət qədər mobil texnikadır. Həmçinin onun qiyməti də Qərb istehsalı olan tanklara nisbətən daha aşağıdır. Azərbaycanın bu tankları alması Ermənistanı xeyli narahat edəcək. Xatırladaq ki, ötən il Azərbaycan dünyanın ən güclü artilleriya qurğusu hesab edilən “Pion-M”ləri və “Smerç” reaktiv artilleriya qurğularını da alıb.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bəyan edib ki, hazırda Ermənistan işğalçı qüvvələri Azərbaycan Ordusu qarşısında olduqca acizdir: “Bunu özləri də gözəl bilirlər. İndi başlayacaq hərbi əməliyyatlar əvvəlkilərdən xeyli fərqli olacaq. Azərbaycanın Silahlı Qüvvələri hazırda düşmənin təsəvvür etmədiyi gücə malikdir. İstənilən hədəfi məhv etmək imkanımız var. Ermənistan birinci müharibə zamanındakı səmt küləyinə bel bağlamasın. Azərbaycan bütün hallarda münaqişənin dinc şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsində beynəlxalq vasitəçilərin səylərinə inamını itirməyib. Ancaq hər şeyin də bir sərhədi olur”.Azərbaycan təkcə xaricdən güclü silahlar almır, eyni zamanda öz hərbi sənayesini də inkişaf etdirir. Dünən ANS-ə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib ki, bu yaxınlarda Azərbaycan bütün regionu heyrətə salacaq müdafiə təyinatlı məhsullar istehsal edəcək. Bu məhsullar mart ayına kimi işə düşəcək 8 yeni istehsal sahəsində buraxılacaq. Artıq bu istiqamətdə son hazırlıq işləri görülür. Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan regionda hərbi üstünlüyünü indiyədək olmayan qədər möhkəmləndirəcək. Nazir bildirib ki, tank və artilleriya silahları üçün 40-46 mm-lik qumbaraatanlar və onların döyüş sursatları, 107 mm-lik reaktiv qurğular və onların döyüş sursatları, 122 mm-lik raketlər, tank əleyhinə lazer başlıqlı raketlər, müxtəlif növ barıtlar istehsal etmək üçün 5 barıt zavodunun tikintisi, eləcə də trotil və geksagen və digər partlayıcı maddələrin istehsalı üçün yeni zavodların tikintisi, helikoptellərdə quraşdırılacaq lazer başlıqlı raketlərin istehsalı nəzərdə tutulub: “Biz bu işlərlə, demək olar ki, regionu heyrətləndirəcəyik”. Yeni musavat
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib